Ziya Məmmədov YAP-dan çıxarılmayıb - qardaşından açıqlama

24-03-2017, 09:35           

Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra işsiz qalan sabiq nəqliyyat naziri Ziya Məmmədov Novruz bayramını ailəsi ilə birlikdə doğulub, boya-başa çatdığı Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən ata yurdunda qeyd edib.

Bu barədə unikal.org-a eks-nazirin qardaşı, sabiq deputat Elton Məmmədov məlumat verib.

O bildirib ki, Ziya müəllim rayonda olduğu üçün onun başına toplaşaraq Novruz bayramını birlikdə qeyd ediblər. E.Məmmədov deyib ki, hazırda Ziya müəllim özünü yaxşı hiss edir: “Ziya müəllim özünü yaxşı hiss edir və səhhətində heç bir problem yoxdur. Hər şey əladır. Bayramı ailələrimizlə, kənd camaatı ilə birlikdə qeyd etdik. Hər şey gözəldir, əladır”.
Eks deputat qardaşı nazir vəzifəsindən çıxarıldıqdan sonra YAP-dan da xaric olunması ilə bağlı dedi-qodularda münasibət bildirib: “Bu cür məlumatlar yalandır. Deyilənlər doğru deyil”.
E.Məmmədov mətbuata da müraciət edib: “Qardaşım Ziya Məmmədovla bağlı məndən heç kim heç nə soruşmasın. Hər kəsin öz həyat tərzi var. Kimin mənimlə bağlı sualı varsa buyurub bunu deyə və yaxud soruşa bilər. Kimsə kimisə yerinə cavabdeh deyil. Həm də Ziya müəllim kiminsə onun haqqında danışmasını da xoşlamır. Bu həm də etik baxımından düzgün deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.