“AFFA məğlubiyyətə görə mükafat verirdi” – Foqtsdan ilginc açıqlama

25-03-2017, 21:53           
“AFFA məğlubiyyətə görə mükafat verirdi” – Foqtsdan ilginc açıqlama
Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts “Bild” qəzetinə müsahibə verib.

Qol.az-ın xəbərinə görə, 70 yaşlı mütəxəssis yığmamızdakı fəaliyyəti və DÇ-2018-in seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Almaniya oyunu haqda danışıb.

- Azərbaycan millisi dünya çempionu üçün təhlükə yarada bilər?

– Bu, kubok oyununa bərabərdi. Almanlar qalib gəlmək istəyirsə, Azərbaycanı səhv etməyə məcbur etməlidir.

- Azərbaycan millisi belə təhlükəlidir?

– Heç-heçənin davam etdiyi müddətdə azərbaycanlı futbolçular inanılmaz dərəcədə özlərinə əmin olurlar. Bunu təsəvvür etmək belə çətindir. Mən təqribi müqayisə də apara bilərəm.

- Buyurun.

– Mən azərbaycanlı futbolçu olsaydım, deyərdim ki, bu gün Bundesliqada oynaya bilərəm.

- Bu inam hardandır?

– Ölkənin mentaliteti belədir. Amma elə ki, qol buraxırlar, oyunçular özlərindən şübhələnməyə başlayır, səhvlər buraxırlar.

- Beynəlxalq səviyyədə neçə azərbaycanlı oyunçu var?

– 5-6 oyunçu Bundesliqa və ya İngiltərə Premyer Liqasında oynaya bilər.

- Bəs niyə oynamırlar?

– Çünki onlar Azərbaycanda rahatdılar və çox pul qazanırlar. Məhz buna görə xaricə getmirlər. Yaxud ola bilsin, mən onlara “xaricə getməlisiniz” deyəndə tərcüməçilər sözlərimi düzgün çatdırmırdılar (gülür).

- Nəyə görə Azərbaycan yığmasındakı fəaliyyətinizi dayandırdınız?

– Elə bu cür məsələlər üzündən. İtaliyaya qarşı əla oyun sərgilədik. Həmin vaxt AFFA rəhbərliyi oyunçulara böyük məbləğdə mükafat vermək istəyirdi. Təsəvvür edirsiz? Məğlubiyyətə görə mükafat verirdilər. Mən isə onlara “mükafatı dayandırın” dedim. Əsəbiləşmişdim.

- Siz Azərbaycanda çox şeyə nail olmusunuz.

– Doğrudur. Amma bu, mənim işim idi. Əmin oldum ki, Azərbaycan çempionatında hər bir klubun start heyətində ən azı 4 yerli oyunçu, o cümlədən, 21 yaşadək futbolçu yer almalıdır. Buna görə klubların baş məşqçiləri ilə böyük problemlər yaşadıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.