“Qanuni oğru”dan qaydalara zidd MÜSAHİBƏ: “Pis “oğru”nu kəsin, ancaq... İndikilər bunu unudub”

30-10-2017, 08:52           
“Qanuni oğru”dan qaydalara zidd MÜSAHİBƏ: “Pis “oğru”nu kəsin, ancaq... İndikilər bunu unudub”
"Oğru dünya”sında müsahibə vermək qaydalara zidd olsa da, bu qaydanı sındıranlar da var.

Muxalifet.az istisna olan belə “oğru”lardan birinin “Koşelyok” (Pulqabı) ləqəbli Aleksandr Yeqorovun Rusiya mətbuatına müsahibəsini təqdim edir. O, həyatının 28 ilin həbsdə keçirib, nüfuzlu “oğru”lardan hesab olunur.

– Uşaqlıqdan “oğru” olmağı düşünmüsüz?
-Bu barədə düşünməmişəm. Novqoroddan gəldim və burda bəzi adamlarla tanış oldum. Onlar mənə həyatda özünü necə aparmağı öyrətdilər. Mən bilirdim ki, bu “bilik” və bu insanlarla gec-tez həbsə düşəcəyəm. Bu baş verəndə mən artıq hazır idim.

– Onlar kim idi?
– Volodya Qorbatı ilə tanış oldum. O, mənə həbsxana barədə hər şeyi danışdı. Monka, Berla, Yevsey, Valentin var idi. Onlar yəhudi idilər və yaşca böyükdülər. Yevsey Amerikaya köçdü. Orda tanınmış şəxs idi. Valentini 10 il sonra Omskda təkrar gördüm. Digərləri vəfat edib.

- Sizin yəhudlərlə bu münasibətiniz hardan qaynaqlanırdı?
– Onlar hamısı gümrah adamlar idilər. Qafqazlılar 60-cı illərdə Piterə gəlib çıxmamışdılar. Onlar çox gec gəldilər, onlar gələnə qədər yəhudilər hər şeylə məşğul olurdu. Mənim nənəmin də yəhudi kökü var. Bəlkə də onlar bunu hiss etmişdilər. Çox yaxşı adamlar idilər.

- Sizə bu ləqəbi kim verib?
– Mən böyük dəri portfellə gəzirdim. Ora da pullarımı qoyurdum. Məni də ilk dəfə elə onunla tutdular.

- Sizi oğurluğa nə vadar edirdi?
– İndiyə qədər də bunu bilmirəm. Normal ailədə böyümüşəm. Anam və atam işləyib. Məktəbdə də yaxşı oxumuşam.

– Valideynləriniz siz həbsxanadan çıxana qədər sağ idilər?
– Bəli. Onlar 2000-ci illərin əvvəlində öldülər. Mən onda Novqoroda qayıtmışdım. Mənim kiçik bacım da var.Amma burda yaşamır.

– Ömrünüzün azadlıqdakı ən uzun və ən qısa dövrü?
– Ən uzun dövr indidir. 1999-c ildən bəri. Ən qısa dövrü isə 12 saat çəkib. Novqorodda yenicə azad edilmişdim ki, tutdular. Şəhərdə kimsə milisə hücum etmişdi, mənim üstümdə qaldı.

- İstintaqa etiraz etmədiniz?
– Yox.

- Bəs son söz?
– Məndən heç kəs son söz soruşmadı. Tələsək məhkəmə oldu və qərar verildi. Formal məhkəmə idi.

– Siz harda qalırdız: “qırmızı”, yoxsa “qara” zonda?
- Boş şeylərdir. Bütün həbsxanalar eynidir. Sadəcə bacarmaq lazımdır. Mən Tulunda olanda OMON təlimə gəlmişdi. Onlar adamları 4-cü mərtəbədən pilləkənlə düşürdür və bu müddətdə döyürdülər. Çox vəhşicəsinə davranırdılar. Sonra nə oldu? Elə həmin həbsxanada biz sonra çox azad gəzirdik. Bütün ərazidə dolaşırdıq. Mühafizəçinin qapısını döyürdük. Deyirdik ki, qonaq qəbul edəcəyik və özümüz də kimin yanına istəsək gedirdik.

– Sizin zamanınızda həbsxanada qiyam olurdu?
- Nələr olmayıb ki...

– Həbsxanada ilk olaraq hansı “oğru”nu gördünüz?
– Brilliantı. Brilliant bizə düzgülüyü öyrədirdi. Heç vaxt narkotiklə işimizin olmamasını deyirdi. O, qəribə şəxsiyyət idi.

- Onun nüfuzu nədə idi?
–Şəxsi nümunəsində. Sözü ilə əməli düz gəlirdi. Onun sözü dərhal qanun olurdu. Hamı icra edirdi. Düz adam idi.

- Necə oldu onlar sizə yaxınlaşdılar?
-Tulunda olanda. Orda çox “oğru” yatırdı. Yanıma gəldilər, həyatdan danışdılar. Slava İvankov lap çox gəlirdi. Ünsiyyətcil adam idi. Dedi ki, “ailəyə” daxil olmaq istəyirsən?

–Sonra da partiya iclasındakı kimi səs verdilər?
-Yox. Heç bir bürokratiya olmur. Çıxanda isə məni özlərininki kimi qarşıladılar.

– Kim imzaladı?
- Azo, Slava İvankov, Dato Daşkəndli, Slava Krıla, Paata Malenkiy, Merab Mafiya, Aşot, Leo, Rezo Batumskiy, Timur.

– Kimisə “taclandırmısız”?
-Yox. Hələ beləsinə rast gəlməmişəm.

-Sizin “oğru” bioqrafiyanız təmizdir?
-Mənə qarşı kimsə nəsə iddia edə bilməz.

- Ola biməz ki, 28 ildə heç nə etməyəsiniz.
– Bir saat da işləməmişəm. Həmişə imtina etmişəm. Əsasən təkadamlıqda oturmuşam. İşə aparmaq istəyəndə demişəm ki, istəmirəm.

–Yaponçik Maho ilə nəyi bölə bilmirdi? (Söhbət gürcü və slavyan “oğru”ların İrkutskdakı məşhur davasından gedir – red.)
– Məni Tuluna gətirəndə Slava artiq orda ciddi rejimdə saxlanılırdı. Sonra onun mühafizəçilərlə, ya da briqadirlə problemi yarandı. Biçaqla onun gözündən vurdu. Cəzası artırıldı və başqa yerə göndərildi. Ancaq sonra yenidən geri qaytarıldı. Maho o zaman heç “oğru” deyildi. Tulundan sonra status aldı. Həbsdə onların arasında heç nə yox idi, Maho özünü çox sakit aparırdı. Məsələ bundadır ki, rəhbərlik həmişə aramıza şayiələr buraxırdı. Ancaq mən düşünürəm bu münaqişə siyasət idi və böyük pullara bağlıdır. Slava “böyük səmalarda” uçurdu. Moskvada yaxşı əlaqələri vardı. Deyirdilər ki, o, çox böyük adamlara oğurlananları xoş gücünə qaytarmaqda yardım edib. Akademiklər ona görə məktub yazırdılar. Azad edilən kimi də Amerikaya getdi. Qayıdandan sonra da dəfələrlə bizə yanına getməyi təklif etdi.

- Getmədiniz?
–Yox. Novqorod da şəhərdir və orda da kimsə yaşamalıdır.

-Sizdən bir çifir resepti alaq.
-Adidir. Çaynikin 3-də biri qədər dəm, qalanları qaynamaq.

- Adı çox hallanan “oğru”lardan kimi tanıyırsınız? Brilliant, Yaponçik...
-Saşa Sever qonşumdur.

–Sizi kim cəzalandırdı? (Söhbət 2008-ci ildə olan sui-qəsddən gedir-red.)
-Məni burda hər it tanıyır. Yeni adamlar gəldilər və görünür onlara mane olurdum. Killerlər Kareliyadan gəlmişdi. İndi burda deyillər.

– “Qara kazğız” almamışdınız?
-Heç bir işarə də olmamışdı. Hər şey gözlənilmz oldu. Axşam evə getdim, maşından düşdüm. Vəssalam. Sonra reanimasiya. Qəribə yuxular görürdüm. 40-cı gün pampersdə, boruda qalxdım və çıxışa doğru getdim. Cərrah Sergeyevə “sağ ol” deyirəm. “Qızıl” əlləri var. O da yəhudidir. Reablitasiyaya 1 il lazm oldu, indi də əlim yaxşı işləmir.

-İndi nə ilə yaşayırsınız? Təqaüdçü “oğru”nun günü necə keçir?
-Mən ancaq yaşa görə təqaüdçüyəm. Pensiya almıram. Əlilliyə görə də vermirlər. Televizora baxıram. Şəhərdə gəzirəm. Piterə, Moskvaya, hərdənbir Abxaziyaya gedirəm.

– Keçmiş albomları vərəqləyirsiz?
-Yoxdur. Məni vurandan sonra evə gediblər. Əməliyyatçılar xanımdan qeyd kitabçalarımı, fotoları alıblar. Qaytarmağı unutdular. Sonra gedib istədim, amma vermədilər.

-İndi “ailədəki” statusunuz nədir?
– Belə şey əvvəl olmayıb. Yeni qaydalar uydurublar. Getmək, ya gəlmək nə deməkdir? Veriləni almaq olmaz. Pis “oğru”nu doğrayın, amma adı özündə qalmalıdır.

– Yeni qaydalar çox dəyişib?
– Həm də necə? Pik “oğru”lar narkomanlardır. Nəinki çəkmək olmazdı, heç narkomanlarla əlaqə də olmazdı. Mənə də dəfələrlə təklif etmişdilər, imtina etdim. Ya da silah. “Oğru” ancaq biçaq saxlaya bilərdi. Ən əsas isə “oğru” ancaq öz cibini düşünməzdi. Başqalarını düşünərdi ki, yaxşı yaşasınlar. İndiki “oğrular” bunu unudub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.