Hər üç adamdan birinin xəstəliyi - Azərbaycanda ən çox yayılmış xəstəlik

16-11-2017, 19:47           
Hər üç adamdan birinin xəstəliyi - Azərbaycanda ən çox yayılmış xəstəlik
Fransada təhsil almış və Avropanın ən nüfuzlu tibb mərkəzlərindən olan – Eduard Heriot adına Mərkəzi Xəstəxanada çalışmış uroloq-androloq, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, uzman Dr. Araz Bayramovun ölkə mətbuatına müsahibəsi

- Araz bəy, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər üç insandan biri böyrək daşlarından əziyyət çəkir. Dəfələrlə təcrübədə rast gəlmişik ki, bir anda qarın nahiyəsində kəskin ağrılar başlayır və yekunda məlum olur ki, böyrəklərdə daşlar yaranıb. Maraqlıdır, böyrək daşları müasir urologiyada hansı üsullarla aradan qaldırılır?

- Bu gün Azərbaycanda böyrək daşlarının ən müasir üsullarla müalicəsi çox yüksək səviyyədə həyata keçirilir. Böyrək və sidik daşlarının düzgün diaqnostikası və endoskopik yolla çıxarılması Avropanın ən yüksək mərkəzlərində tətbiq olunan səviyyədə reallaşdırılır. Mini invaziv urologiyada ən müasir yanaşma Ekstra corporal zerbe dalğa Litotripsia, yəni Distansion Litotripsiya, Flexible Ureterorenolitotripsiya, yəni tam təbii yolla böyrək səviyyəsinə qalxaraq, böyrək daşlarının holmium-lazerlə parçalanması, Perkutan Nefrolitotomiya mərcanvari böyrək daşlarının endoskopik yolla çıxarılmasıdır.

- Bəs bu üsulların üstünlükləri nədir və hansı üsul daha etibarlıdır?

- Bu üsullardan ən müasiri Flexible Ureterorenolitotripsiya, yəni tam təbii yolla böyrək səviyyəsinə qalxaraq, böyrək daşlarının holmium-lazerlə parcalanmasıdır. Tam təbii yolla böyrək səviyyəsinə qalxacaq alət çox incədir. Böyrəyin daxilində istənilən kasacığa burulmaq qabiliyyətinə malikdir. Böyrək daxilindəki istənilən daşı taparaq, kontak-holmium-lazerle parçalayaraq çıxarır. Bu incə alətlə çalışmaq və üstünlüklərindən bəhrələnmək üçün böyük təcrübə lazımdır. Bu məqamda qeyd etməliyəm ki, hazırda bu üsul qonşu dövlətlərlə müqayisədə ölkəmizdə uğurla tətbiq olunur və Moskvadan xüsusi olaraq bizə müraciət edən xəstələr var.

- Mərcanvari böyrək daşlarının müalicəsi zamanı müasir yanaşma nədən ibarətdir?

- Mərcanvari böyrək daşları ölçüsü 5 sm-dən artıq olan daşlardır. Bu daşlar böyrəyin bütün kacacıqlarını tutur. Biz mərcanvari böyrək daşlarını Perkutan Nefrolitotomiya üsulu ilə müalicə edirik. Bu üsulun əsas üstünlüyü böyrəkdəki istənilən ölçüdə və möhkəmlikdə olan daşı kiçik dəliklə daxil olaraq, çıxarılmasıdır. Təcrübəmizə istinad edərək deyə bilərəm ki, indiyə qədər yüzlərlə xəstədə, xüsusən daşın ölçüsü 8-10 sm arasında olan xəstələrdə bu əməliyyat uğurla icra edilib. Bu üsulun digər vacib üstünlüyü hər iki böyrəkdə eyni anda mərcanvari daşların çıxarılmasıdır. Hazırda bu əməliyyat tərəfimizdən 30 dəqiqə ərzində aparılır və böyrəkdəki iri ölçülü daşlar Perkutan Nefrolitotomiya üsulu ilə xaric olunur.

- Bəs necə etmək olar ki, böyrək daşları yenidən yaranmasın?

- Bütün xəstələrimizə böyrək daşlarının yenidən yaranmasının qarşısını almaq üçün pəhriz yazırıq. Eyni zamanda qanda bəzi analizlər, sidik turşusu, PTH hormon, Ca ve sidiyin ümumi analizində PH ve Ca miqdarını təkrar yoxlayırıq. Bu müayinələr gələcəkdə böyrək daşlarının yenidən yaranmasının qarşısını almağa imkan yaradır. Bir xəstəmizdə qanda PTH hormon yüksəlmişdi. Vitamin D çatışmazlığından calsuriya, yəni, sidikdə kalsiumun ifrazı artmışdı. Bu vəziyyət xəstədə yenidən böyrək daşı yaranması ehtimalını artırırdı. Sadə və düzgün müalicə taktikası ilə bu daşın yenidən yaranmasının qarşısını aldıq.

Xatırladaq ki, Dr. Araz Bayramov hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib. Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.