“7 rayonun Azərbaycana qaytarılması artıq mümkün deyil” – Rusiyalı ekspert

17-11-2017, 10:46           
“7 rayonun Azərbaycana qaytarılması artıq mümkün deyil” – Rusiyalı ekspert
Rusiyalı politoloq Qriqori Trofimçuk Yenicag.ru-ya müsahibəsində münaqişənin nizamlanması prosesində yaranmış vəziyyəti dəyərləndirib.

– Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti necə qiymətləndirirsiz? Proses nə ilə nəticələnəcək?

– Türkiyə Azərbaycanın əsas müttəfiqidir və Ərdoğan Putinlə görüşündə Qarabağ məsələsini xatırlatmaya bilməz. O da bilir ki, Bakıda bu məsələni səbirsizliklə gözləyirlər. Ancaq bu mövzu Türkiyənin gündəliyində birinci yox, yaxşı halda beşinci yerdədir. Putin-Ərdoğan danışıqlarının əsas mövzusu Suriya böhranı və bu məsələnin nizamlanması üçün atılacaq növbəti addımlar, o cümlədən, kürdlər, daxili nizam, Suriya xalqlarının konqresi və s. məsələlərdir. Hələ Türkiyə-ABŞ münasibətlərindəki problemlərdən danışmırıq. Bu halda Qarabağ münaqişəsinin diqqət mərkəzinə düşməsi hələlik, gözlənilmir. Türkiyə özünün problemləri kəskinləşənə qədər Qarabağ münaqişəsinin həlli ilə formal yox, real rejimdə məşğul olurdu. Məsələn, Türkiyənin “Qafqaz platforması” üzrə layihələri də o zaman yaranmışdı.

– Sergey Lavrovun əvvəl Bakıya, daha sonra isə İrəvəna gözlənilən səfəri zamanı Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir. Münaqişənin həllinə yönəlik yeni planlar varmı?

– Lavrov tərəfləri incitməmək üçün belə bir ikili səfər edəcək. Əslində isə onun səfərinin məqsədi Rusiyanın Azərbaycan və Ermənistanla diplomatik münasibətlər qurmasının yubiley ildönümü ilə əlaqədardır.

Təbii ki, Lavrovun səfəri zamanı Qarabağ münaqişəsi də müzakirə olunacaq, ancaq “Lavrov planı” tipli sensasiya olmayacaq.

Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana müharibəsiz ötürülməsi 2016-cı ildə atəşkəsin pozulmasına qədər mümkün idi. İndiki halda isə bu, praktik olaraq imkansızdır. O zaman Ermənistan Qərbə doğru kəskin dönüş edəcək və ölkədə daxili siyasi vəziyyət kəskinləşəcək.

Ona görə də “100 il əvvəlkilərdən fərqlənən” hər hansı yeni həll planı yoxdur. Azərbaycanlıları artıq inandırmaq mümkün deyil ki, münaqişənin “açar”ı Rusiyanın əlində deyil. Əgər onlara belə rahatdırsa, qoy belə də düşünsünlər. Bu yanaşma Rusiyanı daha da “şişirdərək” güclü göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.