Karol Lətifə Ameer: "Nizaminin, Nəsiminin əsərlərini oxuduqca Azərbaycanın zəngin mədəni irsini dərk etdim"

18-11-2017, 09:13           
Karol Lətifə Ameer: "Nizaminin, Nəsiminin əsərlərini oxuduqca Azərbaycanın zəngin mədəni irsini dərk etdim"
Fransada yaşayan keçmiş jurnalist Karol Lətifə Ameer bu gün özünü İslamın cərəyanlarından olan sufiliyin təbliğinə, sufi incəsənətinin qorunub saxlanmasına, yeni sufi incəsənətinin yaradılmasına həsr edib. Onun rəhbərliyi ilə Fransada, tamaşalar səhnəyə qoyulur, konsert proqramları və poeziya axşamları təşkil edilir.
"Dərviş" layihəsinin direktoru Karol Lətifə Ameer “Report”un Fransa bürosuna müsahibəsində fəaliyyətindən danışıb:
- Lətifə xanım, "Dərviş" layihəsinin əsas fəaliyyəti nədən ibarətdir?
- Layihənin əsas fəaliyyəti müxtəlif mədənyyətlər, müxtəlif zamanlar arasında körpü yaratmaq, qədim mədəniyyətləri müasir mədəniyyətlərlə görüşdürməkdir. Qədim mədəniyyətlər keçmişə məxsus deyil. Onları yaşatmaq, qədim irsi müasir dövrümüzün kontekstinə uyğunlaşdırmaq bizim əsas amalımızdır. Biz, sülh məramlı mesajları incəsənət, poeziya, musiqinin dili ilə yayırıq. Mədəniyyətlər arasında sərhədləri aradan qaldırmaq yolunda fəaliyyət göstəririk.
- "Dərviş" Fransada fəaliyyət göstərən çoxsaylı mədəniyyət layihələrindən nə ilə fərqlənir?
- Fransa dünyəvi ölkədir, bu sahədəki uğurlarına görə digər ölkələrə parlaq nümunə ola bilər. Lakin dünyəvilik prinsipinin inkişafı, daha dəqiq desək, dinlərin təbliğinə qoyulan məhdudiyyətlər bir sıra fəsadlar törədib. Mənəvi dəyərlər əhəmiyyətini itirməkdədir. Bunun nəticəsidir ki, fransızların həyatdan razılıq hissi olduqca aşağıdır. İnsanlar pessimizm kimi mənfi auraya çox meylli olublar.
- İncəsənət proqramlarınıza ən çox daxil etdiyiniz klassiklər hansılardır?
- Məşhur bəstəkar Baxın musiqisinin ifasını təcrid edirik, çünki onun bəstələdiyi musiqi Allaha şükür ideyasını aşılayır. Bax musiqisinin dili ilə yer üzündə hər bir şeyin Allah tərəfindən yaradılaraq Allaha qayıtdığını deyir.
- Mənşəcə fransız ailəsində doğulub başa çatmısız. Bəs necə oldu ki, müsəlman dinini qədul etdiniz?
- Mən Parisin Sarbona Universitetində şərq dilləri və sivilizasiyası ixtisası üzrə təhsil almışam. Oxuduqlarımı öz gözlərimlə görə bilməyim üçün təhsilimi bitirəndən dərhal sonra Hindistana səyahət etmişəm. Hind mədəniyyətinə olan dərin məhəbbətim islamın sufi cərəyanına inanclı gənc bir hindliyə məhəbbətimlə müşayiət olunub. Ailə qurduqdan sonra həyat yoldaşımın dinini - İslamı qəbul etdim. Sufi məktəbinin dahilərinin əsərləri ilə tanış olduqca Allahı anlamağa başladım, özümü tapdım.
- Azərbaycanda olmusunuzmu?
- Azərbaycana hələ ki, səyahət etməmişəm. Lakin Nizaminin, Nəsiminin əsərlərini oxuduqca, Alim Qasımova qulaq asdıqca Azərbaycanın nə dərəcədə zəngin mədəni irsə məxsus olduğunu dərk etdim. Azərbaycan dövləti gənc, mədəniyyəti qədim və zəngindir. Bu mədəniyyət bütün bəşəriyyətin irsidir. Təəssüf edirəm ki, bu gün Avropada, xüsusilə Fransada Azərbaycanın mədəni irsi kifayət qədər tanınmır. Biz öz proqramlarımıza Azərbaycanın sufi məktəbinin dahilərinin əsərlərini daxil etməyi planlaşdırırıq. Azərbaycanın sufi mütəfəkkirləri Fransada təbliğ edilməlidir.
- Azərbaycan sufi mütəffəkkirlərindən kimin əsərlərini daha çox sevirsiniz?
- Azərbaycan şərq İslam mədəniyyətinə elm, fəlsəfə, ədəbiyyat, sənət və daha bir çox sahələrdə dəyərli töhfələr verib. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulini tanıyıram. Nizamı sufiliyin ən böyük nümayəndəsi kimi yaradıcılığında Allahı axtarır. O, insanın ozünün daxili aləmində sülh şəraitində yaşamasının yolunu göstərir. Nizami yaradıcılığı o qədər zəngindir ki, bu mövzuda festival təşkil etmək olar.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.