“Azərbaycanda süd vəzisi əməliyyatı etdirmək istəyən kişilər var” — tanınmış cərrahdan ŞOK MÜSAHİBƏ

18-11-2017, 18:14           

Leyla Şıxlinskayanın Klinikasının tanınmış həkimi, cərrahi xəstəliklər kafedrasının dosenti Rəşad Babayevin “Ölkə.Az” xəbər portalına müsahibəsi:

– Bu yaxınlarda sizin keçirdiyiniz uğurli cərrahiyyə əməliyyatı zamanı Azərbaycanda təksinəli qadının cütsinəli edilməsi həyata keçirilib. Bu əməliyyatla bağlı məlumat verərdiniz...

– Bəli, belə bir əməliyyat olub. Sözügedən cərrahiyyə əməliyyatı Leyla Şıxlinskayanın Klinikasında reallaşıb. Əməliyyat mənim tərəfimdən uğurla həyata keçirilib. Bu yaxınlarda 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan bir xanım bizə müraciət etmişdi. Həmin xanım bir neçə il əvvəl plastik əməliyyat etmək üçün başqa klinikaya da müraciət edib. Başqa klinikaya müraciət edən zaman xəstəda süd vəzisi ilə bağlı problemlər aşkarlanıb. Bir neçə dəfə plastik cərraha müraciət olunub, plastik cərrah isə həmin xanımı əməliyyat edən zaman, onun sol süd vəzisində problemi toxuma aşkarlayıb. Bundan sonra həmin xanıma sürətli sitoloji müayinə göndərilib. Bundan sonra süd vəzisində aşkarlanan problemli toxumanın götürlməsi zərurəti yaranıb. Ona görə də həmin qadının sol süd vəzisi kəsilərək götürülüb. Digər süd vəzisi isə problemi vəziyyətdə qalıb. Sonra isə bu xanım kimyəvi terapiya alıb. Bu əməliyyat başqa klinikada olub. Ancaq həmin xanım bu yaxınlarda Leyla Şıxlinskayanın Klinikasına müraciət edir. O bizə müraciət edən zaman çox pis vəziyyətdə idi. Həmin xanım psixoloji sarsıntı keçirtmişdi. Xanım bizə müraciət edəndə onun süd vəzisinin biri yox idi, əməliyyatla kəsilib götürülmüşdü. Burada o xanımın üzərində uğurlu cərrahiyyə əməliyyatı keçirilir. Həmin xanımın bədəninin ayrı hissəsindən toxumalar götürərək, ikinci süd vəzisini yaratmışıq. Hazırda həmin xanımın heç bir şikayəti yoxdur, səhhəti normaldır, həyatla uyğunlaşmağa başlayıb.

Bu cür əməliyyatlar Azərbaycanda barmaqla sayılacaq qədər aparılır. Sözügedən əməliyyat çətin əməliyyatdır. Bunun problemli cəhətləri var. Bu əməliyyatla bədənin bir hissəində olan toxumanı götürüb ayrı hissəinə qoyursan. Həmin zaman damar dəstəsi olmalıdır ki, sərbəst dərinin köçürülməsi zamanı problemlər yaranmasın. Biz isə qarın nahiyyəsində olan dərini süd vəziyə köçürtməklə bu əməliyyatı uğurlu şəkildə yekunlaşdırmışıq. Bunu köçürəndən sonra isə qarındakı dəri deffektini də aradan qaldırırıq. Ona görə də bu gün süd vəzisi olmadığı üçün fikir edən ankoloji xəstələr əslində ağlamamalıdır. Çünki onlar vaxtında əməliyyat olunaraq, ankoloji xəstəlik riskini azaldırlar. Əgər ankoloji xəstə vaxtında əməliyyat olunursa, 3-5 ildən sonra artıq o xəstə sayılmır. Bu dünyada olan təcrübədir. Həmin xəstələr sonradan estetik əməliyyat etdirməklə bədənində hiss etdiyi komfortsuzluğu da aradan qaldıra bilər.

Bu əməliyyatların qiyməti də əlçatandır. Misal üçün, təksinəli xanımın cütsinəli olması əməliyyatının qiyməti təqribən 3000-3500 manat təşkil edir. Bu qədər mürəkkəb və çətin əməliyyat üçün bu qiymət çox ucuzdur.

– Bəzən həkimlər xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin süd vəzilərinə toxunmasının problem yaradacağını söyləyirlər. Bunun səbəbləri nə ilə bağlıdır?



– Doğrudur, çoxları hesab edir ki, süd vəzisinə toxunmaq olmaz, toxunan zaman problemlər yaranar və sairə. Bu çox səhv fikirdir. Bəzən plastik cərrahiyyə və müayinə üçün gələn xəstələri yoxlayan zaman onlarda problemli toxumalar aşkar edirik. Həmin toxumalar gələcəkdə şişə çevrilə bilər. Biz həmin toxumaları aradan qaldırırıq. Bununla da xəstəni həm estetik, həm də profilaktik əməliyyat etmiş oluruq.
Digər bir misal da çəkib. Biz süd vəzisini kiçildən zaman ankoloji xəstəliyi olan insanlarda problemli toxumaların bir hissəini aradan qaldırmış oluruq. Bəzən 70 faiz süd vəzisi toxumasını götürürük. Bu, həmin xəstənin 70 faizlik riskinin aradan qaldırılması deməkdir. Yəni, o xəstələrin cəmi 30 faizində gələcəkdə ankoloji xəstəliklər əmələ gələ bilər. Yəni, biz bu cür əməliyyatları etməklə həm də gələcəkdə ankoloji xəstə ola biləcək insanların profilaktikasını həyata keçiririk.

– Hazırda Azərbaycanda plastik cərrahiyyə sahəsində vəziyyət necədir?
– Bilirsiniz, son vaxtlar Azərbaycanda plastik cərrahiyyə əməliyyatı etdirmək üçün xarici ölkələrdən də bizə müraciətlər olur. Müraciət edənlər arasında ərəb ölkələrindən, Türkiyə, Kanada və dövlətlərdən insanlar var. Həm keyfiyyət, həm də maddi baxımdan Azərbaycan daha münasibdir. Hazırda Türkiyə ilə Azərbaycan arasında plastik cərrahiyyə əməliyyatının qiymətləri eynidir. Keyfiyyət baxımından isə Azərbaycanı daha üstün hesab edirlər. Bizim Türkiyədən və digər Avropa ölkələrindən xeyli sayda xəstələrimiz var.
Statistikaya nəzər salsaq, hazırda süd vəzisinin plastikası ilə bağlı müraciət edən insanlar xarici ölkələrdə daha çoxdur. Bunun da konkret səbəbləri var. Çünki Azərbaycanda mentalitetlə əlaqədar süd vəzisinin böyüdülməsi və kiçildilməsi ilə bağlı müraciət edənlərin sayı çox aşağıdır. Amma bizdə burun cərrahiyyəsi üstünlük təşkil edir. Növbəti yerlərdə isə qarın və digər plastikalar dayanır. Plasikalarla bağlı statistikalar ölkələrdən asılı olaraq dəyişir. Plastik cərrahiyyə əməliyyatı ilə bağlı da şəxsən mənə xarixi ölkələrdən müraciət edənlər olur. Onların arasında Almaniya, İtaliya, İsveçrə, İrlandiya, Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdən var.



– Xarici ölkə vətəndaşlarının Azərbaycanda plastik əməliyyat etdirməsi nə ilə bağlıdır?

– Bizdə qiymətlər çox münasibdir. Bu ölkədən ölkəyə fərqlənir. Misal üçün, Türkiyə ilə Azərbaycanda qiymətlər eynidir. Ancaq Türkiyədən xeyli sayda xəstələrimiz var. Bütün bunlar Azərbaycanda keyfiyyətin üstün olduğunu göstərir.

– Əməliyyat üçün Azərbaycanın tanınmış şəxslərindən sizə müraciət edənlər var?

– Bəli, olur. Amma anonimliyi qoruduğumuz üçün adlarını çəkə bilmərəm. Elə xsətələrimiz var ki, onlar Türkiyədə və digər ölkələrdə keçirdiyi əməliyyat ürəyincə olmadığı üçün bizə müraciət edir.

Tanınmış şou adamlarından da əməliyyat etdirmək üçün müraciət edənlər çoxdur. Tanınmış adamlar çoxdur. Amma mən onların adını gündəmə gətirən adam deyiləm. Hətta, dostum da mənə tez-tez deyir ki, sən bunlarla niyə foto çəkdirib paylaşmırsan? Misal üçün, xeyli sayda ərəb xəstələrim var. Çoxunu da plastik əməliyyat etmişəm. Hamısı da sevinə-sevinə gedirlər.
Hətta, süd vəzisi əməliyyatı etdirmək, implant qoydurmaq istəyən kişi cinsindən olan adamlar da var. Ancaq mən onları heç zaman əməliyyat etmərəm. Onların hamısı da bir-biri ilə dostdur. O cür adamlardan cəmi bir dəfə mənə müraciət edilib. Mən isə yox cavabı vermişəm. Şübhəsiz ki, onları da əməliyyat edən həkimlər var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.