Qalmaqallı teatrın təsisçisi: Tamaşalarımız porno deyil, erotik məqamlar var

21-06-2018, 19:02           
Qalmaqallı teatrın təsisçisi: Tamaşalarımız porno deyil, erotik məqamlar var
Azərbaycanın ilk müstəqil teatrı – Azərbaycan Dağınıq Oda Teatrının (ADO) təsisçisi Elmin Bədəlov Oxu.Az-a müsahibə verib:

– Belə bir teatr yaratmaq fikri haradan yarandı?

– Biz 2012-ci ildə istədik ki, fərqli və müasir bir teatr yaradaq. Gənclərlə birlikdə doqquz ay çalışdıq, ancaq heç nə göstərmədik. Daha sonra ilk dəfə Qoqolun pyesi əsasında “Evlənmə” tamaşasını nümayiş etdirdik. 2013-ci ildə “ODA” teatrını təsis etdim. Bir müddət sonra isə adını dəyişməli olduq.

– Səbəb nə idi?

– İstəyirdik, teatrı daha da yeniləyib, modern hala gətirək. Fəaliyyət istiqamətimiz dəyişdiyi üçün loqomuzu və adımızı da dəyişdik. Müasir incəsənətlə məşğul olmaq istədik. Məqsədimiz boz teatr mühitinə rəng qatmaq idi. Özümüzü, düşüncələrimizi, yaradıcılığımızı realizə etmək istəyirdik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.