"Qatar" restoranında qətl törədən "Kürd Vüqar"ın məhkəməsi başlayır

27-06-2018, 22:21           
"Qatar" restoranında qətl törədən "Kürd Vüqar"ın məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində köhnə ədavətə görə adam öldürən şəxsin məhkəməsi başlayır.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən Hüseyinov Vüqar Güloğlan oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 28-də hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçiriləcək.


Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 17-də Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb. 1963-cü il təvəllüdlü Saray qəsəbə sakini Muğan Əfqan oğlu Salikov öz həmyerlisi "Kürd Vüqar" ləqəbli şəxs tərəfindən qəsəbədəki "Qatar" restoranında vəhşicəsinə döyülüb və onunla gələn bir neçə nəfərin hücumuna məruz qalıb.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Ancaq onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı komaya düşdükdən sonra ayılmayıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Muğan Salikovla "Kürd Vüqar" arasında əvvəllər də ədavətin olduğu bildirilir.

Belə ki, 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov evlərində qətlə yetirilib. Onların boğazında və bədəninin bir neçə nahiyəsində bıçaq xəsarətləri olub. Hadisəni törətməkdə şübhəli sayılan 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Eyni zamanda həmin vaxt hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs də tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır. V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır. Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.