Əməliyyatı ilə dünyaya səs salan azərbaycanlı həkim danışdı: "Xəstəmiz sevindiyindən ağladı" - VİDEO
5-08-2018, 22:20
Azərbaycanlı göz həkimi Mehriban Əlizadə Qərbi Afrika dövləti olan Nigerdə 25 il gözü görməyən qadın üzərində uğurlu əməliyyat icra edib. Əməliyyatdan sonra qadının gözü açılıb. Azərbaycanlı həkim bu kimi ölkələrə türk həkimlərin yaratdığı könüllülər dərnəyi ilə tez-tez gedir, ehtiyacı olan ölkələrdə pasiyentləri müayinə və mülaicə edir.
Xezerxeber.az-ın məlumatına görə, iki övladı və həyat yoldaşı olan nigerli Xədicə Şəfahət indiyə kimi övladlarının üzünü heç vaxt görməmişdi. Oftamoloq Mehriban Əlizadənin uğurlu əməliyyatından sonra isə həmin qadın 25 ildən sonra ilk dəfə dünyaya azərbaycanlı həkimin sayəsində baxa bilir.
Bu gün "Skype" vasitəsi ilə "Xəzər Xəbər"ə müsahibə verən Mehriban Əlizadə deyib ki, o tez-tez müxtəlif dərnəklər vasitəsi ilə ehtiyac içində olan öləkələrdə müayinə və müalicələr aparır. Ən son Nigerdə olarkən isə övladını müayinəyə gətirən bir qadının gözündəki problem onun diqqətini çəkib və uğurlu əməliyyatla doğuşdan bəri gözü görməyən qadının gözlərinin açılmasına nail olub.
Mehriban xanımın sözlərinə görə, xəstənin doğuşdan gözü görmədiyi üçün, hətta necə güləcəyini belə bilmir, çünki hissləri tamamən ölbmüş.
Mehriban Əlizadənin sözlərinə görə, o, artıq könüllülər dərnəyi vasitəsilə 23 dəfə ehtiyac duyulan ölkələrdə olub. Orada böyük çətinliklər yaşasa da, bu səfərlərə davam edəcəyini bildirir.