Klintseviç efirdə ukraynalı ekspertin saqqalından tutub... - Video
1-11-2018, 05:41
Rusiyalı senator Frans Klintseviç ilə ukraynalı tanınmış politoloq Aleksandr Oxrimenko arasında “Rusiya-1” kanalının efirində gedən “60 dəqiqə” proqramında qalmaqal yaşanıb.
Axar.az xəbər verir ki, Klintseviç qarşı tərəfin Rusiyanın ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq ağır formada təhqirə keçib.
“Siz ki müstəqil ölkəsiniz. Belədirsə, Rusiyaya müharibə elan edin”, - deyən Klintseviç nitqinə və təhqirlərinə davam edərək, opponentinin üstünə gedib və onun saqqalından tutaraq iki dəfə çəkib.
Oxrimenko isə heyrətamiz səbirlə reaksiya verib və qarşı tərəfə gülüşlə istehza edib.
Oxrimenkonun “qarşı tərəfin sözünü kəsməklə” kobudluq etdiyi iradını bildirən, "tərbiyə olunmamış ukraynalı ekspertlər, provokatorlar" deyən aparıcı Olqa Skabayeva isə senator Klintseviçə yalnız “sakitləşməyi” məsləhət görməklə kifayətlənib.
Ümumiyyətlə, aparıcı O.Skabayeva qarşı tərəfi təmsil edən ekspertlərin sözünü vaxtaşırı kəsərək, çox kobud müdaxilələrlə Rusiyanın maraqlarını müdafiə edib.