Azay Quliyevin seçicilərlə görüşləri davam edir

12-10-2015, 09:52           

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçicilərlə 3 görüş keçirib. Görüşlərdə deputatlığa namizədin vəkilləri, ziyalılar, ağsaqqallar, gənclər və könüllülər iştirak edib.

teref.az xəbər verir ki,8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçicilərlə 3 görüş keçirib. Görüşlərdə deputatlığa namizədin vəkilləri, ziyalılar, ağsaqqallar, gənclər və könüllülər iştirak edib.
7-ci mkr. 3 saylı binanın həyətində baş tutan ilk görüşdə namizədin vəkili Əvəz Həsənov Azay Quliyevin deputat fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verib. Ə.Həsənov qeyd edib ki, Azay Quliyev 10 il deputatı olduğu Şirvan şəhərində həyata keçirdiyi işlərlə “Deputat əslində necə olmalıdır?” sualına ən dolğun şəkildə cavab verib: “Əmin ola bilərsiniz ki, Azay Quliyev dövlətçiliyə sadiqliyi, yüksək işgüzarlığı, prinsipallığı ilə bu dairə seçicilərinin də etimadını doğruldacaq”.
Görüşdə seçicilər yerli əhəmiyyətli məsələlərlə bağlı təkliflərini səsləndiriblər. A.Quliyev səsləndirilən bütün məsələlərin araşdırılaraq onların həlli istiqamətində müvafiq addımların atılacağını deyib.
Deputatlığa namizədin seçicilərlə növbəti görüş 8-ci mkr. Azadlıq pros. 180, 20 saylı binanın qarşısında keçirilib. Görüşdə çıxış edən BDU-nun professoru Boran Əziz tələbəsi olmuş Azay Quliyevi hələ ali məktəb illərindən çalışan, savadlı gənc kimi tanıdığını bildirib. O, A.Quliyevin deputat kimi də yüksək peşəkar keyfiyyətlərə malik olduğunu vurğulayıb: “Bizə Milli Məclisdə Azay Quliyev kimi seçicilərinə sədaqətlə vəkillik etmiş deputat lazımdır”. A.Quliyev görüşdə seçicilərin çoxsaylı suallarını cavablandırıb.
Günün sonuncu- sayca üçüncü görüşü isə 8-ci mkr. A.Kunanbayev küçəsindəki binaların sakinləri ilə baş tutub. Görüşdə deputatlığa namizədin ictimai-siyasi fəaliyyətini əks etdirən video-təqdimat olub. 10 illik deputat fəaliyyəti dövründə seçiciləri ilə müntəzəm təmasda olduğunu deyən Azay Quliyev 1 noyabr seçkilərində qələbə çalacağı təqdirdə bu ənənəni davam etdirəcəyini deyib.
Bu gün deputatlığa namizəd Azay Quliyev Seçki Qərargahında da fərdi görüşlər keçirib, seçicilərin problemlərini, rəy və təkliflərini dinləyib.
Keçirilən bütün görüşlərdə seçicilər seçkidə yüksək fəallıq nümyiş etdirəcəklərini və Azay Quliyevə səs verəcəklərini bildiriblər.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.