Tramp sərt sanksiyalardan çəkindi: "Bahalaşma istəmirəm"

6-11-2018, 08:36           
Tramp sərt sanksiyalardan çəkindi: "Bahalaşma istəmirəm"
"Sanksiya məsələsində bir qədər daha yavaş getmək istəyirəm. Dünyada neftin qiymətinin artmasını istəmirəm".

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyalar barədə danışarkən bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo isə Tvitterdə ərəbcə açıqlama yayaraq 40 ildir İran xalqının aclıqdan, korrupsiyadan əziyyət çəkdiyini bildirib: "İran rejiminin iddialarının əksinə olaraq sanksiyalar qida, kənd təsərrüfatı məhsulları və tibbi ləvazimatlara şamil edilmir".

Qeyd edək ki, noybrın 5-də İrana qarşı bərpa edilən sanksiyalar enerji, maliyyə, gəmiçilik sektorlarını əhatə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru