Cavid Qurbanov təbliğat-təşviqata başladı - FOTO

12-10-2015, 10:38           
Cavid Qurbanov təbliğat-təşviqata başladı - FOTO
Yeni Azərbaycan Partiyasından 123 saylı Kəlbəcər rayon Seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Cavid Qurbanov oktyabrın 9-da seçiçilərlə ilk görüşünü keçirib.

Modern.az xəbər verir ki, görüş Gənçə şəhəri Gülüstan qəsəbəsində, ikinci görüş isə oktyabrın 10-da isə Gənçə Şəhər Kəpəz rayonunda 600 evlik qəsəbədə və Yevlax şəhər Malbinəsi kəndində keçirilib.

Tədbiri YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov açıq elan etdi. Akıf Əsgərov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.

Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı. 2005-2010- cu illər Milli məclisə keçirilən seçkilərdə biz Yeni Azərbaycan Partiyasının namizədi Cavid Qurbanovun təbliğat-təşviqat kompanıyasını aparmışıq. Yenə də bu missiyanı aparırıq və inanırıq ki əvvəlki seçkilərdə olduğu kimi noyabr ayının 1-də də Kəlbəcərli seçiçilər öz layiqli namizədlərinə Cavid Qurbanova səs verəcəklər.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov – Yeni Azərbaycan Partiyasından 123 saylı Kəlbəcər rayon Seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Cavid Qənbər oğlu Qurbanovun Kəlbəcər ictimaiyyətinə müraciətini oxudu.

Qənbər Qurbanov – Respublika Ağsaqallar Şurasının üzvü “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədri - Kəlbəcər rayon ictimaiyyəti, ağsaqqalları, ziyalıları, gəncləri, Dədə Şəmşir ocağının ailə üzvləri və şəxsən öz adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz cənab ilham Əliyevə və YAP-ın İdarə Heyətinə yenidən Cavid Qurbanovun namizədliyini irəli sürdükləri üçün minnətdarlığını bildirdi. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev mənsub olduğu xalqın və dünyanın gözləri qarşısında belə bir lider kimi yüksəldi, qəbul olundu. Ümummilli Lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri Ulu Öndərin yaratdığı dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, onun hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. Və bu barədə düşünəndə dostun da, düşmənin də ağlına birinci növbədə Ümummilli Liderin ən yaxın və ən sadiq məsləkdaşı İlham Əliyev gəlirdi. İndi xalqımız bu liderin ətrafında sıx birləşibdir. Kəlbəcər ictimaiyyəti də məhz daim dövlətə və Ulu Öndər siyası kursuna bu kursun layiqli davamçısı möhtərəm Prezidentimizə hər zaman sədaqətli olublar.

Professor Şahlar Əsgərov- Ulu öndər müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc-mərclik olmayıb qanunların aliliyinə, qarşılıqlı məsuliyyət hissinə əsaslanan idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Mən hər bir Kəlbəcərlini 1 noyabr seçkilərində Cavid Qurbanova səs verməyə cağırıram. Cünkü Cavid Qurbanovun soykökü 150 ildən artıqdır ki Azərbaycanın ictiami-siaysı həyatında mühüm yer tutubdur. Bu nəsil mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına öz töhfələrini veribdir. İnanıram ki, Kəlbəcərlilər öz seçimlərində yanılmayacaqlar. Yenidən layiqli nazmizədlərinə Cavid Qənbər oğlu Qurbanova səs verəcəklər. Şair-puplisist Adil Cəmil - Cavid Qurbanov hər zaman Kəlbəcərlilərin dayaq yeri olub. O, millət vəkili kimi bu on il ərzində Kəlbəcərlilərin problemlərinin həllində yaxından iştirak edib. Kəlbəcərlilərin yaşayış şəraitlərinin yaxşılaşdırılmasında, sosial problemlərinin həllində öz köməkliyini əsirgəməyibdir. Cavid Qurbanov öz soykökü ilə tanınan dövlətçiliyə sədaqətlə xidmət edən peşəkar kadrdır. İnanıram ki Kəlbəcərlilər yenə də öz seçimlərində yanılmayacaqalr və 1 noyabrda yenidən Cavid Qurbanova səs verəcəklər.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Tibb xidmətinin rəisi Adil Şükürov cıxış edəərk bildir di ki, ölkəmizdə həyata keçirilən geniş miqiyaslı quruçuluq işləri və beynəlxalq aləmdə artan nufuzumuz Yenı Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimizin cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siaysətin bariz nümünəsidrir. Məhz Cavid Qurbanovda iqtisadiyyatımızın strateji sahələrindən biri olan Dəmir Yol təsərrüaftına rəhbərlik edir. Möhtərəm Prezidentimiz tərəfindən onun bu vəzifəyə təyin olunmasından sonura kecən qısa müddət ərzində böyük işlər görülmüşdür. Bakı-Sumqayyıt elektrik qatraının acılması bu sahədə həyata keçirilmiş mühüm laiyihələrdən biridir. Hal-hazırda Dəmir Yolu təsərrüafının müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür.

Cavid Qurbanov həm də millət vəkli kimi milli məclisdə seçiçilərini layiqinçə təmsil edib onların qarşılaşdığı problemlərinin həllində öz imkanlarını səfərbər edib. İnnaıram ki, Kəlbəcərlilər yenidən Cavid Qurbanova səs verəçəklər.

Sonra professor Şirindil Alışanov, şair əməkdar müəllim Şəhid atası Mirsəyyaf Zamanlı çıxış edərək bildirdilər ki, Cavid Qurbanov Kəlbəcərlilər üçün böyük xidmətlər göstərib. Onun böyüdüyü ocaq Dədə Şəmşir ocağı hər bir Kəlbəcərlinin ümid yeri olub. Atası Qənbər Qurbanov el ağsaqqalı kimi hər bir Kəlbəcərlinin hörmətini qazanıbdır. Buna görə də Kəlbəcərlilər öz seçimlərində yanılmayacaqlar. Yenidən Cavid Qurbanovu özlərinə millət vəkili seçəcəklər.

Seçicilərdən Surxay Səlimov, Saday Musayev, Gözəl Məmmədova və digərləri cıxış edərək bildirdilər ki, bizim yeganə namizədimiz Yeni Azərbayacn partiyasından namizədliyi irəli sürülmüş Cavid Qurbanovdur. Biz bundan əvvəlki seçkilərdə də ona səs vermişik və yenə də ona səs verəcəyik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq ki, yenidən Cavid Qurbanovu bizə namizəd verdi. Biz hər zaman möhtərəm prezidentimizin ətrafında sıx birləşmişik.

Seçicilərə YAP tərəfindən buraxılmış bukletlər təqdim edildi.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.