İran Mərkəzi Bankı: Sanksiyalara qarşı hazırlaşmışıq

6-11-2018, 19:28           
İran Mərkəzi Bankı: Sanksiyalara qarşı hazırlaşmışıq
İran Mərkəz Bankının sədri Abdunnasır Hümməti, ABŞ-ın elan etdiyi sanksiyalara hazırlıqlı olduqlarını bildirib.
"Marja" xəbər verir ki, ABŞ-ın sanksiya siyahısında yer alan İran Mərkəzi Bankı yazılı açıqlama yayıb.

Açıqlamada sədr Abdunnasır Hümmət, sanksiyalar qüvvəyə minməmişdən əvvəl ticarət aparılan ölkələrlə lazımi danışıqların aparıldığını və əməliyyatlarla bağlı koordinasiya təmin olunduğunu bildirərək, "Mərkəzi Bank swift əməliyyatlarının fasiləyə məruz qalması ehtimalını nəzərə alaraq alternativ bank kanalları bağlı işlərə başlayıb",- deyib.

Hümməti, ölkənin valyuta ehtiyatının da hazırda arzu edilən səviyyədə olduğunu qeyd edib.

Açıqlanan sanksiyaların Mərkəz Bankı tərəfindən əvvəlcədən proqnozlaşdırıldığını və lazım olan bütün tədbirlərin görüldüyünü bildirən Hümməti, "Bu sanksiyalara və daha çoxuna da hazırlıqlıyıq", -ifadəsini istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru