Fəzail Ağamalı virtual səsvermədə qələbə çaldı
12-10-2015, 11:53
teref.az 60 saylı Salyan Neftçala Seçki Dairəsinin seçicilərindən gələn məktubu sizlərə təqdim edir.
Xəbərlər.az saytının apardığı sorğunun nəticələri heç də 60 saylı Salyan - Neftçala seçicilərini şaşırtmadı. Zatən biz elə bu nəticələri gözləyirdik. Çünki illərdir tanıdığımız və işinə bələd olduğumuz Fəzail Ağamalı doğrudanda bizim üçün ən layiqli namizəddir. Bu necə illərdə onun bir deputat kimi bizim kəndlər üçün gördüyü işləri danmaq olmaz. Hər halda başqa deputatları da görürük. Ancaq seçki vaxtı seçiciləri yada salırlar. Gəlib söz verir, bir az asfalt salır, pul paylayıb bir də beş illiyinə itirlər. Lakin Fəzail Ağamalı illərlədir bizimlədir. Bizim qaz, su, məktəb problemlərimizi həll edib. Necə məktəbimizin təmiri, yolarımızın çəkilməsi, kəndlərimizə qazın verilməsi Fəzail müəllimin adı ilə bağlıdır. İndi ağzı göyçəkılər deyəcəklər ki, Fəzail müəllim etməyib ki, dövlət edib, Bəli dövlət edib, lakin Fəzail müəllimin təkidi və nəzarəti ilə. Bu işlərə ayrılan pullar qəpiyinə qədər bizlərə sərf edilib. Əgər elə idisə dövlət hər yerdə pul ayırır. Niyə oralarda bəs işlər görülmür. Gedib elə qonşularımızın yollarına, qaz işlərinə və məktəblərinə baxın. Sonra gəlin bizdə görülən işlərə qiymət verin.
Ona görə biz Fəzail müəllimi öz deputatımız görmüşük və görəcəyik.
60 saylı Salyan Neftçala Seçki Dairəsinin seçiciləri.
Milli Məclisə seçkilər - 2015
Bu İP ünvandan artıq səs verilib
Virtual səsvermənin nəticələri
60 saylı Salyan – Neftçala
AĞAMALI FƏZAİL RƏHİM
49%, 325 səs
AĞAYEV İSMAYIL BƏŞİR
33%, 219 səs
AXUND MİRZAĞA APREL
10%, 66 səs
SƏFƏROV RZA ƏLİ
4%, 27 səs
MƏLİKOV RÜSTƏM SADIQ
2%, 13 səs
ZAKİROV ƏFZƏLƏDDİN ŞAHVERƏN
1%, 7 səs
SƏLİMLİ SƏLİMAĞA AĞAXAN
1%, 7 səs
MEHDİYEV MƏHƏMMƏD VAHİB
0%
SƏLİMOV İRŞAD GÜLHƏSƏN
0%
SƏLİMOV MAİS RAHİB
0%
ƏLƏKBƏROV SƏLAMƏT OKTAY
0%Səslərin cəmi: 664
xeberler.az - 12 Oct 2015, 11:30:18