Tramp gələn həftə Xaşkaci işi üzrə bəyanat verəcəyini bildirib

8-11-2018, 07:06           
Tramp gələn həftə Xaşkaci işi üzrə bəyanat verəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp gələn həftə qətlə yetirilmiş jurnalist Camal Xaşkacinin işi üzrə bəyanat verəcək.

Trend-in məlumatına görə, bu barədə D.Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının jurnalistin ölümündə günahkar olması ilə əlaqədar sualı cavablandırarkən bildirib.

D.Tramp deyib: "Mən bu çövzuda gələn həftə çox ciddi fikir bildirəcəyəm".

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru