Qarabağla bağlı beynəlxalq qalmaqal - Qərb şirkətləri 20 milyon dollara kənd salır

12-10-2015, 14:46           
Qarabağla bağlı beynəlxalq qalmaqal - Qərb şirkətləri 20 milyon dollara kənd salır
Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd salınacaq. Modern.az saytı Ermənistan KİV-nə istİnadən xəbər verir ki, Əsgəran rayonunun Həsənriz (ermənicə Norqyux) kəndinin yaxınlığında yaradılacaq mərkəz aqrar, təhsil və turizm sahələrində müəssisələrin cəmləşdiyi kompleks rolunu oynayacaq.

Oktyabrın 11-də Xankəndidə təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu “İDEA” təşkilatı maliyyələşdirəcək. Bunun üçün biznesmen 20 milyon dollar vəsait ayırıb.

Eko-kəndin yaradılmasında İsveçrənin “Gutundgu” şirkəti əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın “Tim Flynn Architecs” memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək.

Ekokənd - bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipinə deyilir. Belə kəndlərdə müalicəvi və istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.