YAP-ın Beyləqandakı nurçu namizədi təbliğata uğursuz başladı - Belə deyirlər...
12-10-2015, 14:48
81 saylı Beyləqan seçki dairəsindən namizədliyi hakim Yeni Azəərbaycan Partiyası tərəfindən irəli sürülən Şahin İsmayılovun seçkiqabağı ilk təşviqat kampaniyası uğursuz alınıb.
Namizədin seçki təşviqatı ilə bağlı AzMedia.info-ya məlumat verən Beyləqan sakinlərinin bildirdiklərinə görə Şahin İsmayılov görüşlərə özü ilə Bakıdan gətirdiyi ATGT-üzvülərinidə cəlb edib.
Rayonun Örənqala və Günəşli kəndlərində keçirilən görüşdə çox az vətəndaşın qatıldığı bir seçki görüşü olub. Yerli sakinlərin bildirdiyinə görə onlar tanımaqdırları şəxsin seçki kampaniyasına maraqlı deyillər. Sakinlər bildirir ki, onlar onsuzda verilən heç bir vədlərə inanmırlar. Tək güvəndikləri şəxs ölkə prezidenti İlham Əliyevdir.
Yerli sakinlər AzMedia.info-ya bildiriblər ki, Örənqala və Günəşli kəndlərindəki görüş əsasən Şahin İsmayılovun ATGT -üzvüləri və qonşu kəndlərdən icra nümayəndlərinin gətirdiyi bir neçə maşın adamdan ibarət olub. Kənd sakinləri isə görüşü uzaqdan seyr ediblər. Şahin İsmayılov çıxış etməmişdən öncə icra nümaynədəsinin zorla görüşə gətirdiyi bir neçə “kənd ağsaqqalı” çıxış edərək namizədi «bəy tərifinə» tutublar. Sonradan isə bu «bəy tərifi» kəndlilərin dilində lətifəyə çevrilib.
Görüş iştirakçıları qarşısında çıxış edən Şahin İsmayılov isə populizimə qapılaraq vədlər verməyə başlayıb. Bu vədlərdən belə anlaşılıb ki, Şahin İsmayılov deputat olandan sonra Örənqala və Günəşli kəndlərindəki bütün problemlər öz həllini tapacaq. Bütün bu vədlər isə kənd sakinləri tərəfindən gülüşlə qarşılanıb. Hətta bəzi kənd sakinləri Şahin İsmayılov və ATGT-üzvüləri kəndi tərk etdikdən sonra çayxanada uzun bir siyahı tutmaqla məşğul olublar. Onlar bu siyahıya Örənqala və Günəşli kəndlərindəki saysız problemləri yazıblar və növbəti dəfə həmin siyahını Şahin İsmayılova təqdim edərək, ondan problemlərin həllini tələb edəcəklər. Kənd sakinləri sadəcə bunu «məzə» xatirinə edəcəklərini bildiriblər.
Qeyd edək ki, Şahin İsmayılovun fətullahçı Elnur Aslaniva yaxın şəxslərdən biridir. O daha çox dövlət tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatına hər il ayrılan külli miqdarad vəsaitləri mənimsəyən bir şəxs kimi tanınmaqdadır. Bu məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə ATGT-yə hər il nə qədər vəsaitin ayrılması və görüləşişlərlə bağlı yazılarımız olacaq. Bildirək ki, AzMedi.info-nun region muxbiri bu gündən etibarən Beyləqan rayonuna ezam olunub və Şahin İsmayılov, digər namizədlərin seçki təşviqat kampaniyaları haqqında oxucularımıza ətraflı məlumat verəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...