Kiyevlə Vaşinqton razılaşdı: Rusiyaya gözlənilməz zərbə...

12-11-2018, 08:57           
Kiyevlə Vaşinqton razılaşdı: Rusiyaya gözlənilməz zərbə...
Kiyevlə Vaşinqton arasındakı Strateji Tərəfdaşlıq Komissiyasının fəaliyyəti yenidən bərpa olunacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“16 noyabr tarixində Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində Strateji Tərəfdaşlıq Komissiyasının iclasının keçirilməsi barədə razılığa gəldik. Komissiya öz işinə təxminən 10 il əvvəl başlayıb. Bu gün isə onun fəaliyyətinin bərpası ilə bağlı razılığa gəldik”, - deyə Poroşenko bildirib.

Qeyd edək ki, bu gündən etibarən Parisdə I Dünya Müharibəsinin bitməsinin 100 illiyi ilə əlaqədar sülh formatı öz işinə başlayıb. Bir çox ölkə lideri bu səbəbdən dolayı hazırda Parisdə səfərdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.