Beynəlxalq Əfv Təşkilatı Myanma liderinə verdiyi “Vicdan elçiliyi” mükfatını geri alıb

13-11-2018, 11:14           
Beynəlxalq Əfv Təşkilatı Myanma liderinə verdiyi “Vicdan elçiliyi” mükfatını geri alıb
Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) Myanma lideri Aun San Su Çjiyə verdiyi “Vicdan elçiliyi” mükafatını geri alıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu təşkilatın Baş katibi Kumi Naydun deyib.

Təşkilat rəhbəri məktubunda bildirib ki, əvvəllər müdafiə etdiyi “dəyərlərə utanmazcasına xəyanət” etdiyi üçün Aun San Su Çjidən bu mükafat geri alınıb.

K.Naydu vurğulayıb ki, o, Myanmada insan hüquqlarını, bərabərliyi və ədaləti qorumaq üçün özünün siyasi və mənəvi nüfuzundan istifadı etməyib, myanmalı hərbçilərin rohiniya müsəlmanlarını qətlə yetirməsinin qarşısını almayıb.

Qeyd edək ki, Aun San Su Çji bu mükafata 2009-cu ildə layiq görülmüşdü.

2017-ci il avqustun 25-də Myanmanın şimalında Arakan əyalətində yaşayan müsəlmanlara “silahlılara qarşı mübarizə” adı altında hərbçilərin hücumu artıb. Bölgədə humanitar fəlakət kəskin pisləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.