Siyavuş Novruzov əlil və veteranlarla bağlı mühüm çağırış etdi.....

14-11-2018, 19:52           
Siyavuş Novruzov əlil və veteranlarla bağlı mühüm çağırış etdi.....
“Qarabağa gedən yol Qarabağ veteranlarının, Qarabağ əlillərinin sosial müdafiəsinin möhkəmlənməsindən keçir”.
Deputat Siyavuş Novruzov bunu parlamentdəki çıxışında söylədi. Bildirdi ki, əlillərin işə götürülməsi zamanı Qarabağ əlillərinə önəm verilməli, ilk növbədə onlar işlə təmin edilməlidir: “Əgər Qarabağ əlilləri hansısa qurumda çalışırsa, orada ixtisarlar olarsa, ən axırıncı həmin şəxslərə şamil olunmalıdır, biinci yox”.

S.Novruzov Əfqanıstan müharibəsi iştirakçılarına da eyni münasibətin tətbiqinə çağırdı.

“Müharibə veteranlarına 56 manat müavinat verilir. Mən onun çoxluğu-azlığından danışmıram. Amma veteran pensiyaya çıxanda 56 manatının böyük hissəsi kəsilir. Bu 56 manat onunkudur, bu məbləğin onun təqaüdünə nə aidiyyatı var? Onun cəmi 18 manatını əlavə edirlər. Məgər o təqaüdə çıxanda veteranlıqdan çıxır?”

Deputat təklif etdi ki, nazirliyin kollegiyası formalaşanda veteranların, əlillərin təşkilatından da nümayəndələr orda təmsil olunsun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.