Tramp yenə sosial medianın hədəfinə çevrildi - Minlərlə insanı unutduğu üçün...

15-11-2018, 00:59           
Tramp yenə sosial medianın hədəfinə çevrildi - Minlərlə insanı unutduğu üçün...
ABŞ prezidenti Donald Tramp bu gün atdığı tvitlə gündəm olub.

Publika.az xəbər verir ki, prezident “Divali Hind Festivalı” tədbirləri üçün Amerikada yaşayan etnik və dini azlıqlara Ağ Evin qapılarını açıb.

Tramp “Bu gün ABŞ-da və dünyanın dörd bir yanında yaşayan buddistlər, yainistlər və sihlər tərəfindən keçirilən “Divali” dini festivalı üçün toplaşmışıq. Yüz milyonlarla insan ailələri və dostları ilə birgə yeni ilin başlanmasını bayram edir” mesajı ilə birgə mərasimdən fotoları paylaşıb. Onun hindliləri qeyd etməyi unutması social mediada birmənalı qarşılanmayıb.

Bir çox insan “Divali”nin əslində Hindistanın qədim bayramı olduğunu və təməl olaraq hindlilər tərəfindən qeyd edildiyini xatırladıb.

Qınaqlardan nəticə çıxaran Tramp bir neçə saat sonar “Divali”nin hind festivalı olduğunu bildirən başqa tvit də paylaşıb, lakin əvvəlki tviti silməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru