Aİ və Britaniya İrlandiya sərhədi barədə razılığa gəlib

15-11-2018, 07:32           
Aİ və Britaniya İrlandiya sərhədi barədə razılığa gəlib
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya "Brexit" saziş layihəsi çərçivəsində, Şimali İrlandiya ilə "sərt sərhəd"in ortaya çıxmasından və "Brexit"in keçid dövründən yayınmağa imkan verən bir həll yolu barədə razılığa gəlib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü Avropa Komissiyasının baş müzakirəçisi Mişel Barnye deyib.

"Bu razılaşma sözügedən danışıqların başa çatmasında həlledici bir addım, nizamlı çıxış istiqamətində böyük bir irəliləyişdir, lakin əlbəttə ki, hələ çox işlər görülməlidir", - deyə Barnye Brüsseldə jurnalistlərə bildirib.

Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.