"Brexit" çərçivəsində keçid dövrü 2020-ci ilin sonunadək davam edəcək

15-11-2018, 07:45           
"Brexit" çərçivəsində keçid dövrü 2020-ci ilin sonunadək davam edəcək
Avropa İttifaqının (Aİ) "Brexit" şərtləri üzrə baş müzakirəçisi Mişel Barnye bildirib ki, "Brexit" çərçivəsində keçid dövrü 31 dekabr 2020-ci il tarixinədək davam edəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Böyük Britaniyanın Aİ-ni 29 mart 2019-cu il tarixində tərk edəcəyini deyib.

"Biz 31 dekabr 2020-ci ilədək olan 21 aylıq dövr ərzində mövcud vəziyyəti saxlamağa razılaşmışıq. Burada söhbət daxili bazar, gömrük ittifaqı, hüquq və öhdəlikləri ilə birgə Avropa siyasətindən gedir", — deyə Barnye bildirib.

O əlavə edib ki, birgə razılığa əsasən, keçid dövrünün bir dəfə uzadılması mümkünlüyü nəzərdə tutulub, lakin uzatma müddəti məhduddur.

Bundan əvvəl Avropa İttifaqı və Böyük Britaniya "Brexit" saziş layihəsi çərçivəsində, Şimali İrlandiya ilə "sərt sərhəd"in ortaya çıxmasından və "Brexit"in keçid dövründən yayınmağa imkan verən bir həll yolu barədə razılığa gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.