Ərəblərin Azərbaycana qarşı "oyunu"

15-10-2015, 20:48           
Ərəblərin Azərbaycana qarşı "oyunu"
Səudiyyə Ərəbistanı Avropa ölkələrinə ixrac etdiyi neftin həcmini artırmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı sentyabrın sonlarından başlayaraq Polşaya neft çatdırmağa başlayıb.

Dünyanın ən iri neft hasilatçılarından olan Səudiyyə Ərəbistanının Avropaya neft satışını artırması digər ixracatçı dövlətləri narahat etməyə bilməz.

Azərbaycan da Avropa ölkələrinə neft ixrac edən ölkələr sırasındadır. Ona görə də Səudiyyə Ərəbistanını Avropanın neft bazarında fəallaşması Azərbaycan neftinin də satışına öz təsirini göstərə bilər. Çünki Azərbaycandan hasil olunan neftin 55%-i Avropa bazarlarına daşınır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Səudiyyə Ərəbistanının Avropa bazarında güclənməsi Azərbaycanın neft satışının həcminə təsir edə bilməz.

“Avropaya ixrac edilən neftin 40%-i Səudiyyə Ərəbistanının payına düşür. Amma Azərbaycan “qara qızıl”ı Səudiyyənin hasil etdiyi neftdən daha keyfiyyətlidir. Ümumilikdə illik 700 min barel neft ixracımız var. Dünyada isə ildə 96-97 milyon barel neft hasil edilir. Ona görə də Azərbaycanın dünya neft bazarına güclü təsiri yoxdur”.

Səudiyyə neftinin Polşaya daxil olması Rusiyanın bu ölkə bazarında hərəkətini məhdudlaşdıra bilər. Çünki Rusiya Polşaya ildə 20 milyon ton neft satırdı. Artıq son vaxtlar Yaxın Şərqdən ucuz neftin Avropa bazarlarına yol tapması ilə Rusiya nefti mövqelərini itirməyə başlayıb. İndi isə Rusiya və Səudiyyə Ərəbistanı Avropa bazarında üz-üzə gəlir.

Rusiyanın energetika naziri Aleksandr Novak isə Səudiyyə Ərəbistanının Avropa neft bazarına girməsini “ciddi çağırış” olduğu barədə fikir səsləndirib: “Bizdə neft bazarları qlobaldır. Hər ölkə neftini kimə, hara satmaqda sərbəstdir. Bu, rəqabətdir və hazırda olduqca sərt rəqabət gedir. Biz görürük ki, Səudiyyə Ərəbistanı neft bazarında rəqabətdə iştirak etmək strategiyasını reallaşdırır, ona görə də hamı buna hazır olmalıdır. Xüsusən də neft bazarında təklifin tələbi xeyli üstələdiyi bir vaxtda”.

Exspert İlham Şabanın sözlərinə görə, Rusiya və Səudiyyə Ərəbistanının neft bazarında üz-üzə gəlməsi “qara qızıl”ın qiymətinə təsir edə bilər: “ABŞ , Rusiya və Səudiyyə Ərəbistanı dünyada qlobal oyunçudurlar. Çünki hər biri 10 milyon bareldən çox neft hasil edir. İki dövlətin bir-birinə rəqib olması neftin qiymətinin daha da aşağı düşməsinə səbəb olacaq. Hazırda isə dünyada neft hasilatı çoxdur, amma dövlətlər hasil etdikləri nefti hər hansı dövlətə satmaq barədə düşünürlər. Ona görə də neft hasilatı yüksək olan dövlətlər kiçik bazarlar olsa belə nefti əldən çıxarmaq üçün satışa razı olurlar”.

Bir neçə gün əvvəl Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua və energetika naziri Kaxa Kaladze ölkəsinin İran və Rusiyadan qaz alışı barədə danışıqlar apardığı barədə xəbər yayıblar. Amma Rusiya ilə diplomatık əlaqələrin zəif olması, İranın isə Gürcüstana qaz ixracını həyata keçirmək üçün infrastrukturunun olmaması qaz idxalına maniəçilik törədir.

İndi isə Səudiyyə nefti Azərbaycana Avropada maneəçilik törətmək istəyir. Amma Avropa dövlətlərinə neft daşımaq üçün Səudiyyə Ərəbistanı uzaq məsafə qət etməlidir. Neft Şüveyş kanalından və Aralıq dənizindən keçməklə Avropaya çatdırılır. Amma Arəbayacan nefti Bakı-Tiblisi-Ceyhan kəməri ilə Ceyhan limanına çatdırıldıqdan sonra Avropaya çıxır.

Amma bundan əvvəl Azərbaycan neftinin əsas müştərilərindən olan İsrailin İraq kürdlərindən neft almağa başladığı məlum olmuşdu. “Financial Times” qəzetinin yazdığına görə, bu ilin mayından avqustun 11-nə qədər İsrail İraq kürdlərindən 19 milyon barreldən çox neft alıb. İsrail həmin müddət ərzində neftə olan tələbatının dörddə üçünü məhz İraq neftinin hesabına ödəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.