Sabirabadda seçki-meçki oyunbazlığı... - Belə də olurmuş...

16-10-2015, 12:22           
Sabirabadda seçki-meçki oyunbazlığı... - Belə də olurmuş...
Namizədlərin maliyyə xərclərini isə Elçin Quliyevin qohumu, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev və digər idarə müdirləri çəkir

63 Saylı Sabirabad birinci Seçki Dairəsində Azərbaycanın seçki tarixində indiyə qədər görünməmiş bir hadisə baş verməkdədir. YAP-ın namizədini digər rəqibləri təbliğ edir. Bu isə seçkinin demokratikliyinə olan inamı öldürür.

Qeyd edə ki, adı çəkilən dairədə 6 namizəd mübarizə aparır. AzFakt.com-a daxil olan məlumata görə Sabirabad birinci Seçki Dairəsindən 4 namizəd Ağayev Səid Nizami oğlu, (BXCP – Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsində mühəndis-1954-cü il təvəllüdlü), Mirzəyev Kamran Adiloğlu, (Sabirabad Melorasiya idarəsində mühəndis-meliorator bitərəf - 1983-cü il təvəllüdlü), Usubov Araz Rəşid oğlu (Mərkəzi Xəstəxanasa pediatr, ASRP-1984 –cü təvəllüdlü), Mövlüdov Bəxtiyar Hafis oğlu, (kənd müəllimi bitərəf), özlərinin seçki görüşlərində Sabirabad birinci seçki dairəsindən Elçin Quliyevin ən layiqli namizəd olduğunu təbliğ edirlər.

Mənbəmiz bildirir ki, namizədlər getdikləri kəndlərdə yeri camaata açıq aydın “Sabirabadda Elçin Quliyev deputat olacaq və biz ona kömək etmək üçün namizədliyimizi irəli sürmüşük”, deyə müraciət edirlər. Bundan başqa adınıçəkdiyimiz namizədlərə kəndlərə gedib Elçin Quliyevin təbliğatı ilə məşğulolmaları üçün maliyyə dəstəyini Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinnin müdiri Elçin Quliyevin yaxın qohumu Elman Nuriyev və digər su idarələrinin müdirləri verirlər.

Yuxarıda adlarını qeyd etdiyimiz namizədlərin iksi Melorasiya və Su Təsərrüfatı ASC-yə aid olan idarələrdə çaışırlar. Qeyd edək ki, Elçin Quliyev Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin qardaşıdır. Bu isə o deməkdir ki, Zakir Quliyev əlində olan adminstrativ imkanlardan istifadə edərək qardaşının seçki prossesinə müdazilə edir və bu zàman açıq şəkildə seçki prossesinə hiylə qatır. Bu isə 63 Saylı Sabirabad birinci Seçki Dairəsində seçkinin ədalətli keçirilməsinə əsaslı köıgə salmaqdadır.

Onu da qeyd edək ki, namizəd Elçin Quliyevin digər qohumu, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinnin müdiri Elman Nuriyev seçkilərə bibaşa müdaxilə edir. Elman Nuriyev 63 Saylı Sabirabad birinci Seçki Dairəsində demək olar ki, seçkiləei idarə etməklə yanaşı rəsmi dövlət qurumlarının bütün resurslarını öz qohumunun seçki prossesinə yönləndirib. Yuxarıda adı çəkilən və əsas işləri Elçin Quliyevi təbliğ etmək olan 4 namizədin də "seçki xərclərini" də Elman Nuriyev çəkir. Həmin 4 namizədin kəndlərdə Elçin Quliyevin təbliğatını aparmaları üçün istifadə etdikləri aftomobillərin də məhz Elman Nuriyevə məxsus olduğu bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.