“Qoy indi İŞİD-lə Rusiya, İran və Suriya məşğul olsun…” – Tramp

21-12-2018, 07:26           
“Qoy indi İŞİD-lə Rusiya, İran və Suriya məşğul olsun…” – Tramp
“Suriyadan çıxmağımız gözlənilməz deyil”.

Virtualaz.org bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Suriyada çıxmağımız gözlənilməz deyil. Suriyadan çıxmağımız üçün illərdir kampaniya aparırdım. 6 ay əvvəl bunu edəcəyimi açıq-aşkar bildirmişdim”, – deyə Donald Tramp vurğulayıb.

ABŞ prezidenti iddia edib ki, Suriyada olmalarının tək səbəbi İŞİD idi. İŞİD-i məğlub ediblər: “Qoy indi İŞİD-lə Rusiya, İran və Suriya mübarizə aparsınlar, çünki regiona öz coğrafi yaxınlığı baxımından onun düşməni onlardır”.

Qeyd edək ki, dekabrın 19-da D.Tramp ABŞ-ın Suriyadan çıxması haqqında qərarı imzalayıb. Ötən gündən ABŞ ağır texnikasını bu ölkədən çıxarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru