“Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı” - Aleksandr Xramçix

21-12-2018, 12:22           
“Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı” - Aleksandr Xramçix
Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına verdiyi açıqlamada kifayət qədər əks-səda doğurmuş bəyanat səsləndirib. Xramçixin Ermənistanın bu gün məhz Rusiya qoşunlarının onun ərazisində olması hesabına mövcud olduğunu vurğulayıb.

Ekspert bunları deyib:

“Mən bu barədə çox danışmışam. Məncə, Ermənistan bu gün ona görə mövcuddur ki, ərazisində Rusiya hərbi bazası var. Bu, o qədər açıq-aşkardır ki, bu məsələ ilə bağlı hər hansı sualların ortaya çıxması mənə qəribə gəlir”.

Onun sözlərinə görə, Ermənistan spesifik geosiyasi mövqedə yerləşdiyindən onların güzəştə getdiyi ilə bağlı iddiaları yersizdir, çünki Yerevanın başqa variantı da yox idi.

“Əlbəttə ki, o, Rusiya hərbi bazasından imtina edə bilər. Ancaq belə olan halda hər şey onun üçün çox tez dəyişəcək”.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru