Əcnəbilər pullarını götürüb Rusiyadan qaçır - REKORD MƏBLƏĞ

25-12-2018, 00:03           
Əcnəbilər pullarını götürüb Rusiyadan qaçır - REKORD MƏBLƏĞ
2018-ci il ərzində xarici investorlar Rusiya fondlarından rekord həddə - 1 milyard dollar vəsait çıxarıb. Cebhe.info xəbər verir ki, bu barədə Bank of America Merrill Lynch hesabat yayıb.

Məlumata görə, bu, 2013-cü ildən bəri müşahidə olunan ən yüksək həddir. O zaman fondlar 3,1 milyard dollar itirmişdi. Son 3 həftədə çıxarılan məbləğ 330 milyon dollar olub.

Yanvar ayında Rusiya fondlarına 0,5 milyard dollar qoyulub. Yazda isə 700 milyon dollar çıxarılıb. Payızdan etibarən çıxarılan məbləğ davamlı olub.

Əcnəbilərin gedişi gərgin geosiyasi vəziyyətlə izah olunur. Bura sanksiya və yeni təhdidlər də daxildir. Həmçinin, neftin qiymətinin aşağı düşməsinin də buna təsiri var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.