Tramp hamını təccübləndirən status yazdı:"Suriyanı Səudiyyə Ərəbistanı bərpa edəcək"

25-12-2018, 00:32           
Tramp hamını təccübləndirən status yazdı:"Suriyanı Səudiyyə Ərəbistanı bərpa edəcək"
“Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.

“Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib. Görürsünüz? Məgər Suriyadan 5 min mil məsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkənin qonşularının bərpasına kömək etməsi xoş deyil?“, – deyə o yazıb.

ABŞ prezidenti daha əvvəl bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru