Donald Tramp "shutdown"un nə qədər davam edəcəyini açıqlayıb

26-12-2018, 07:43           
Donald Tramp "shutdown"un nə qədər davam edəcəyini açıqlayıb
ABŞ hökuməti demokratlar Konqresdə Meksika ilə sərhəddə divarın inşasına vəsait ayrılmasının lehinə səs verməyincəyə qədər, öz işini bərpa etməyəcək.

“Report” xəbər verir ki, bunu Amerika lideri Donald Tramp deyib.

"Mən hökumətin öz işini nə zaman bərpa edəcəyini deyə bilmərəm. Lakin deyə bilərəm ki, divar, hasar, hər necə adlandırırlarsa, olmayınca, bu, baş verməyəcək", — deyə "Associated Press" Trampın sözlərini sitat gətirib.

O həmçinin qeyd edib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi və qanunsuz miqrasiyanın qarşısı yalnız bu maneənin inşası yolu ilə alına bilər.

ABŞ hökuməti dekabrın 22-də fəaliyyətini qismən dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru