Moskva III işğal dalğasına başladı – Luçenko

26-12-2018, 10:22           
Moskva III işğal dalğasına başladı – Luçenko
Kerç insidenti Rusiyaya qarşı üçüncü işğal dalğasıdır.

Axar.az xəbər verir ki, bunu “Bild qəzetinə müsahibəsində Ukrayna Baş prokuroru Yuri Luçenko deyib. O, ilk iki dalğanın Krımın anneksiyası və Donbasın işğalı olduğunu bildirib.

Luçenko Kerç insidentindən sonra Ukrayna ilə sərhəddə Rusiya ordusunun aktiv hərəkətlənməsinin müşahidə edildiyini və buna görə də hərbi vəziyyət tətbiq olunduğunu deyib.

Baş prokuror Rusiyanın 16 yaşından 60 yaşına qədər olan vətəndaşlarının Ukraynaya girişinin bu insanların Donbas müharibəsi haqqında təsəvvürləri olmaması ucbatından qadağan edildiyini söyləyib:

“Bu dinc vətəndaşlar bizim ölkədə elan edilməmiş müharibəni maliyyə və siyasi baxımdan dəstəkləyirlər. Biz istəyirik ki, onlar bunun KİV-lərdən öyrəndikləri təbliğat nağılı yox, müharibə olduğunu öyrənsinlər.

Rusiya Azov dənizini bloklayır, bununla da onu işğal edir. Burada söhbət təkcə dənizdən yox, həm də Mariupolun blokadasından gedir. Əgər biz Rusiyaya izn versək, o dayanmayacaq. Onun növbəti hədəfi Qara dəniz olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru