BMT-nin rəsmi saytı: Azərbaycan 1991-ci ildə Qarabağa hücum edib

3-01-2019, 21:27           
BMT-nin rəsmi saytı: Azərbaycan 1991-ci ildə Qarabağa hücum edib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimin "Xarici İşlər Nazirliyi" tərəfindən Birləşmiş Millətlər Təşkilşatına (BMT) "Azərbaycan-Qarabağ münaqişəsi kontekstində itkin düşmüş şəxslər haqqında memorandum" adlı sənəd göndərilib.
Yeniavaz.com xəbər verir ki, Ermənistan Respublikasının BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən təqdim olunan memorandum BMT-nin rəsmi veb-səhifəsində - "www.un.org"da yerləşdirlib və memerondumu göndərənlərdən biri kimi "Artsax Respublikasının Xarici İşlər Nazirliyi" qeyd olunub. Memorandumun sonunda isə açıq şəkildə "Stepanakert, 12 noyabr 2018" yazılıb.
BMT-nin rəsmi veb-səhifəsində yerləşdirilən memorandumda seperatçı rejim tərəfindən qurulan qondarma "Artsax Respublikası" müstəqil dövlət kimi təqdim olunur və bildirilir ki, Azərbaycan 1991-ci ildə bu "respublikaya" hücum təşkil edərək insanları girov götürüb. Memorandumda həmçinin qeyd ounur ki, Azərbaycan hakimiyyəti 1991-ci ildə, cəmi səkkiz ayı ərzində 640 dinc sakini qanunsuz həbs edib, onlardan 31 nəfərinə işgəncələr verilib.
BMT-nin rəsmi veb-səhifəsində yerləşdirilən bu sənəddə Azərbaycan əleyhinə olduqca ağır ittihamlara yer verilib. Memorandumda Şahbaz Quliyev və Dilqəm Əsgərovdan da bəhs olunur. Qeyd olunur ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovdan Artsax "sərhədlərini" qanunsuz şəkildə keçdikləri üçün həbs olunublar.
Maraqlıdır ki, BMT Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasa da, seperatçı rejimin adından göndərilən bir sənədi rəsmi veb-səhifəsində yerləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.