Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb

5-01-2019, 07:34           
Çili hakimiyyəti ölkədəki partlayış hadisəsini terror aktı adlandırıb
Çili hakimiyyəti Santyaqo-de-Çillidə, avtobus dayanacağında törədilmiş partlayışa terror aktı kimi baxır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Andres Çedvik bildirib.

"Mən artıq terror aktı olan hücumda günahkar olanlarla bağlı bəyanat təqdim etmişəm", - deyə o, "24 Horas" telekanalının efirində bildirib.

Qeyd edək ki, Çilidə avtobus dayanacağında partlayış törədilib. Hadisə Santyaqoda qeydə alınıb. Partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.

Partlayışa görə məsuliyyəti tərəqqi və sivilizasiya uğrunda mübarizəni özü üçün hədəf elan etmiş yerli terror qruplaşması üzərinə götürüb.

Partlayıcı qurğu zibil yeşiyinə yerləşdirilib. Xəsarət alanlar arasında iki venesuelalı da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru