Tramp: "Demokratlar məni əmin etdilər ki, impiçment prosedurunu işə salmayacaqlar"

5-01-2019, 07:39           
Tramp: "Demokratlar məni əmin etdilər ki, impiçment prosedurunu işə salmayacaqlar"
ABŞ prezidenti Donald Tramp bildirib ki, Konqresdə demokratların liderləri ilə görüşdə qarşı tərəfin nümayəndələri onu impiçment prosedurunu işə salmaq niyyətində olmadıqlarına inandırıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlər qarşısındakı çıxışında ABŞ prezidentinin özü bildirib.

"Mən onlara dedim: əgər siz impiçmentə başlamağa hazırlaşsanız.. Pelosi (Nümayəndələr Palatasının yeni spikeri Nensi-red) cavab verdi ki, "biz impiçmentə hazırlaşmırıq", - deyə Tramp vurğulayıb.

Daha əvvəl demokratların Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi bildirib ki, ABŞ prezidenti Donald Trampın impiçmenti istisna olunmur. Bununla yanaşı, bildrilirdi ki, Nümayəndələr Palatasının üzvü Bred Şerman yeni çağırış Konqresin ilk iş günündə ABŞ prezidenti Donald Trampın impiçmenti haqqında qətnamə irəli sürməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru