Xarici diplomatlar Mehman Hüseynovla görüşdülər (FOTO)

12-01-2019, 08:09           
Xarici diplomatlar Mehman Hüseynovla görüşdülər (FOTO)
Anti-Azərbaycan qüvvələr növbəti dəfə ifşa olundu.

Trend-in diplomatik dairələrdən aldığı məlumatına əsasən, 11 yanvar tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub.

Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar. Bir daha şahidi olublar ki, Mehman Hüseynovun səhhəti normaldır, saxlanma şəraiti ilə bağlı hər hansı şikayəti yoxdur, vəkili və atası ilə sərbəst görüşə bilir.

Şəkildən də hər şey aydın formada görünür. Avropa İttifaqı üzv ölkələrinin diplomatları yaradılmış şəraitə çox məmnun qalıblar və bu görüşün təşkilinə və nümayiş etdirilən şəffaflığa görə Azərbaycan Respublikası hökumətinə təşəkkürlərini ifadə ediblər.

Bununla da anti-Azərbaycan qüvvələrin və 5-ci kalonunun Mehman Hüseynovun adından istifadə edərək yalan təbliğatına və bu halı saxta şəkildə dramatikləşdirmək cəhdlərinə tutarlı zərbə vurulmuş olub.

Trend-in Azərbaycan xəbərlər xidməti













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru