BİR QƏZET, BİR MƏQALƏ VƏ ÜÇ DEPUTAT – Sabiq deputat biabırçı saxtakarlığın üstünü açıb

23-01-2019, 18:38           
BİR QƏZET, BİR MƏQALƏ VƏ ÜÇ DEPUTAT – Sabiq deputat biabırçı saxtakarlığın üstünü açıb
Sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu sosial şəbəkədə Azərbaycan qəzetlərdən birinin maraqlı saxtakarlığı haqda status paylaşıb.
“AzPolitika.info”nun məlumatına görə, keçmiş baş redaktor eyni məqalənin son bir ildə 6 aylıq fasilələrlə 3 deputatın imzasıyla dərc olunduğunu bildirib.
A.Həsənoğlu yazır: “Sosial şəbəkələr yazılı mətbuatı sıxışdırır. Bu, başadüşüləndir. Amma heç kim məsuliyyət hissini itirməməli və bundan sui-istifadə etməməlidir…
Bu o demək deyildir ki, heç kim qəzet oxumur.
Nə ilə rastlaşsam yaxşıdır?
Bir il əvvəl qəzetlərin birində bir millət vəkilinin imzasıyla dərc olunmuş məqalə 6 ay əvvəl elə həmin qəzetdə başqa bir millət vəkilinin, bir neçə gün bundan əvvəl isə yenə həmin qəzetdə başqa bir millət vəkilinin imzasıyla dərc olunub…
Biabırçılıqdır!”
Bu biabırçılığı edən qəzet hansıdır və saxtakarlığa şərik olan deputatlar kimlərdir?
Suala cavab tapmağa çalışırıq…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru