İlqar Məmmədov mitinqdən imtina etdi- AÇIQLAMA

23-01-2019, 23:09           
İlqar Məmmədov mitinqdən imtina etdi- AÇIQLAMA
Respublikaçı Alternativ (REAL) Partiyası son hadisələrlə bağlı açıqlama yayıb.

Açıqlamada dekabrın 26-dan baş verən proseslərə diqqət çəkilib. Həmçinin, Mehman Hüseynova qarşı açılmış yeni cinayət işinə xitam verildiyi vurğulanıb:

"19 yanvar mitinqində REAL sədri İlqar Məmmədovun çıxışı partiyamızın siyasi məhbuslar mövzusuna münasibətini cəmiyyətə yetərincə çatdırıb. Növbəti mitinqdə iştirak edərək mövqeyimizin təkrarlanmasına indiki mərhələdə ehtiyac görməsək də sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik".

Açıqlamada Azərbaycanda siyasi məhbus məsələsinin birdəfəlik həllinin vacibliyi qeyd olunub.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru