Elnur Aslanovun AzTV-dəki adamı işdən qovuldu

24-01-2019, 17:32           
Elnur Aslanovun AzTV-dəki adamı işdən qovuldu
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

AzEuroNews.com xəbər verir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov bununla bağlı müvafiq qərarlar qəbul edib. AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.

Qeyd edək ki, AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə təmsilçisi Mövsüm Aslanov son zamanlar diaspor işinə qanunsuz müdaxilələri və digər problemlərlə bağlı gündəmə gəlmişdi. Güman edilir ki, onunla bağlı qəbul edilən qərarlarda bu məsələlərin böyük rolu olub.


Məlumat üçün bildirək ki, Mövsüm Aslanov və onun keçmiş operatoru Anar Tahirov vurulan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov və eks deputat Ceyhun Osmanlı ilə eyni komandada olub və 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə ittiham edilən, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan Fətullah Gülənin tərəfdarları kimi tanınınblar.

Elnur Aslanovun hazırkı fəaliyyətinə gəlincə, o, Ukraynada dostları ilə öz biznesini genişləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru