Venesuelada etirazlar zamanı 900-ə yaxın insan saxlanılıb

31-01-2019, 07:55           
Venesuelada etirazlar zamanı 900-ə yaxın insan saxlanılıb
Venesuelanın güc strukturlarının əməkdaşları ötən həftə ölkədə dövlət əleyhinə aksiyaların gedişatında təxminən 900 nəfəri saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "Union Radio" radiostansiyasının efirində "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero verib.

"Biz yanvarın 21-dən 27-dək 896 nəfərin saxlanıldığını qeydə aldıq. Söhbət yalnız nümayişçilərdən deyil, həm də hərbçilərin, indiki halda hökumətə qarşı çıxış edən çavuşların qohumlarından gedir", - deyə Romero bildirib. Onun sözlərinə görə, indiyə qədər həddi-buluğa çatmamış 51 nəfər həbsdədir.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, hazırda Venesuelada 973 nəfər siyasi məhbus hesab edilir. BMT-nin İnsan Haqları üzrə komissarı İdarəsinin məlumatına əsasən, Venesuelada yanvarın 22-dən etirazların gedişatında azı 40 nəfər həlak olub.

Bundan əvvəl aksiyalar zamanı 850 nəfərin saxlanıldığı bildirilirdi. Qeyd edək ki, Venesuelada həmçinin fransız jurnalistlər də saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru