Fransa, Almaniya və Britaniya İranla xüsusi hesablama mexanizmi yaradıb

1-02-2019, 08:00           
Fransa, Almaniya və Britaniya İranla xüsusi hesablama mexanizmi yaradıb
Fransada Almaniya və Böyük Britaniyanın iştirakı ilə İranla xüsusi maliyyə tranzaksiyaları mexanizmi qeydiyyata alınıb.

Yenicag.az xəbər verir ki, bunu cümə axşamı Fransanın xarici işlər naziri Jan-İv Le Drian Avropa İttifaqının XİN rəhbərlərinin Buxarestdə keçirilən görüşündə deyib.

“Fransada Avropa İttifaqının iki başqa dövləti – Almaniya və Böyük Britaniyanın iştirakı ilə xüsusi tranzaksiya mexanizmi qeydiyyata alınıb. Bu alət İran tərəfindən nüvə sazişinin icrasına dəstək göstərməyə yönəlib”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.