İsveçdə təhlükəli provakasiya: “Ərazidəki məscidi yandır”

5-02-2019, 08:21           
İsveçdə təhlükəli provakasiya: “Ərazidəki məscidi yandır”
İsveçdə irqçi bir qrup “Ərazidəki məscidi yandır” adlı olduqca təhlükəli bir kampaniya başladıb. AzEuroNews.com xəbər verir ki, ölkədəki məscid və müsəlmanları hədəf alan kampaniya ilə bağlı irqçi qrup üzvləri “Ərazidəki məscidi yandır” adlı köynəklər geyiniblər. Qrup eyni zamanda bu köynəkləri internet vasitəsi ilə 16 avroya sataraq kampaniyaya daha çox insanın qoşulmasına nail olub.

İsveç Sosial Demokratlar Partiyasının katibi Lena Radström Basstad açıqlamasında ölkədə kin və nifrətin alovlandırılaraq məscidlərə yönəlik bu kampaniyanı pisləyərək hüquq mühafizə orqanlarından təcili tədbir görməsini tələb edib.

Məlumat eçen qeyd edək ki, son illər İsveçdəki məscidlərə qarşı hücumların sayında artış qeydə alınıb. Uppsala Universitetinin hesabatına görə 2018-ci ildə 38 məscidə hücum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.