Xəbər verdiyimiz kimi sabiq daxili işlər naziri İsgəndər Həmidov Qarabağ Komitəsini tərk edib. Məhz onun komitəni tərk edib ünvanına səsləndirdiyi ittihamlardan sonra qurumda istefalar başlayıb.
Modern.az-ın məlumatına görə, komitənin sıralarını 12 üzv tərk edib.
Komitəni tərk edənlərdən 8 nəfəri Ağasif Şakiroğlunin rəhbərlik etdiyi Gələcək Azərbaycan Partiyasının üzvləridir. Komitədən çıxmaqla bağlı müraciət edənlər arasında İsgəndər Həmidov, İlham İsmayıl, Valeh Qaramanlı və Həsən Həsənov da var.