Üç deputat yeni komitəyə gətirilir

15-02-2019, 14:33           
Üç deputat yeni komitəyə gətirilir
Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilir.

Bu barədə "Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında” sənəddə qeyd edilib.

Sənədə əsasən, deputatlar Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.

Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb.

Sənəd Milli Məclisin fevralın 19-da keçiriləcək iclasında müzakirə ediləcək/modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru