Trampın səhhətində müəyyən problemlər aşkar olunub

16-02-2019, 07:07           
Trampın səhhətində müəyyən problemlər aşkar olunub
Həyatında heç zaman alkoqollu içki qəbul etmədiyini və siqaret çəkmədiyini deyən Donald Tramp daha çox "fastfood" və alkoqolsuz qazlı içkilərin düşgünüdür
ABŞ prezidenti Donald Tramp müayinə üçün şəxsi həkiminə müraciət edib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə əsasən, əldə edilən nəticələrə görə prezident piylənmə xəstəsidir. Göstərilən nəticələrin normalardan yüksək olduğu bildirilir. Lakin bununla belə Trampın həkimi Sin Konley onun həyatı ilə bağlı hansısa təhlükənin olmadığını bildirib.

Həyatında heç zaman alkoqollu içki qəbul etmədiyini və siqaret çəkmədiyini deyən Donald Tramp daha çox "fastfood" və alkoqolsuz qazlı içkilərin düşgünüdür.

Qeyd edək ki, 1.90 metr boyu, 110 kilo çəkisi olan prezidentin çəkisində ötən illə müqayisədə artımın olduğu deyilir.

Xatırladaq ki, 72 yaşlı prezidentin ürəyində də müəyyən problemlər var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru