Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi – Video

16-02-2019, 13:27           
Çeçen nazir Əli Həsənovun açıqlamasına cavab verdi – Video
Çeçenistanın Mətbuat və İnformasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib.

Teref.az Musavat.com-a istinadən xəbər verir ki, Çeçen nazir Çeçenistan rəhbərliyinin hadisə haqqında məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, hökumət hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib.

Qeyd edək ki, Əli Həsənov məişət zəminində baş vermiş bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və çeçen xalqlarını dost və qardaş xalqlar kimi səciyyələndirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru