Ziya Məmmədov olayında "iplər kəsilir"... - Bu gün qəti qərar elan oluna bilər
23-10-2015, 12:42
Son dönəmlər bütün səlahiyyətləri əlindən alınan nəqliyyat naziri Ziya Məmmədovun yaxın vaxtlarda işdən çıxarılacağı barədə geniş məlumatlar yayılıb. JAM.AZ xəbər verir ki, bir neçə gün əvvələ qədər məzuniyyətdə olan, artıq iş başında olan Məmmədovun istefası məsələsi artıq qətiləşib.
Etibarlı mənbələrdən JAM.AZ-a daxil olan məlumata görə, nəqliyyat naziri ilə bağlı bu gün prezident sərəncam verə bilər. Mənbənin iddiasına görə, Məmmədov artıq bu barədə məlumatlıdır və dünəndən etibarən iş otağını boşaltmağa başlayıb.