Deputatlığa namizəd MSK-nı aldadıb - İTTİHAM VAR

23-10-2015, 15:42           
Deputatlığa namizəd MSK-nı aldadıb - İTTİHAM VAR
Özünü Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri kimi qələmə verərək 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əlisahib Hüseynov bu dəfə MSK kimi rəsmi qurumu aldada bilib.

Halbuki, bu şəxs DADP sədri kimi heç bir nə rəsmi, nə də qeyri-rəsmi dairədə qəbul olunmur.

Ə.Hüseynovun adı daim dövlət və dövlətçiliyə qarşı təxribatlarda hallanıb. DADP kimi Azərbaycan siyasi sferasında yetərincə gücə və maddi-texniki bazaya, güclü elektorata malik olan bir partiyada qarşıdurma yaratmaq planı ifşa edildiyinə görə, oradan qovulub. Xatırlayırsınızsa, 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində Ə.Hüseynov təxribata əl atmışdı. O zaman DADP-dən qovulan Ə.Hüseynov başına bir neçə şəxsi toplayaraq Azərbaycanda sabitliyi pozmaq və prezident seçkiləri ərəfəsində ölkəmizdə qarşıdurma, parçalanma yaratmaq istəyiblər. Bu işdə ona DADP-nin keçmiş mətbuat katibi Esmira Şükürova da dəstək olmuşdu. Vaxtilə Əlisahib Hüseynovun qrupu Azərbaycan prezidenti İlham Əliyevə iqtidarın içindən alternativ namizəd irəli sürərək ölkədə xarici qüvvələrin əli ilə sabitliyi pozmağa çalışırdı. Bununla bağlı məlumatlar mediada dəfələrlə yayılıb. Hətta 2013-cü ildə radikal müxalifət qəzetində “İqtidar düşərgəsində namizəd davası” adlı məqalədə Ə. Hüseynovun təxribatlarını ifşa edən E.Şükürova deyildimi?

Ə. Hüseynov və onun dəstəsinin 2013-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycanın inkişafını gözü götürməyən qrupların ölkədə qarşıdurma, çaxnaşma və parçalanma yaratmaq cəhdlərini heç kim unutmayıb. O zaman o, Nəsimiz rayon polis şöbəsinə aparılaraq dilindən izahat alınmışdı, təxribat yaratmaqda ona dəstək olanlardan biri DADP-nin icraçı katibi Sevda Xurşudova isə Gürcüstana deportasiya edilmişdi.

Təxribatçı, bir neçə iş adamını aldadıb, onların pulunu götürərək bir müddət Azərbaycandan qaçıb gizlənən Ə.Hüseynovun MSK saytında DADP sədri kimi namizədliyinin qeydə alınması bir qədər müəmmalı görünür.

Məsələ ilə bağlı DADP sədri Fatma xanım Əliyevaya müraciət etdik. Partiya sədri bildirib ki, Ə.Hüsüynov hər seçki öncəsi belə təxribatlar törədib: “2013-cü il prezident seçkiləri öncəsi onun təxribat cəhdi bütün ictimaiyyətə məlumdur. Bu dəfə DADP sədri kimi MSK-dan namizədliyinin qeydə alınması, hətta seçicilərlə görüş keçirməsi isə onu göstərir ki, bu şəxs Azərbaycan qanunlarını ayaq altına atır. Təəccüblüdür ki, MSK kimi rəsmi qurum onun bu yalanlarına inanıb. Partiya sədrliyini sübut edən hansı sənədi təqdim edib MSK-ya? MSK nədən araşdırmayəb ki, bu adam hansı partiyanın sədridir. Hansı əsasla MSK öz saytında onu DADP sədri kimi ictimaiyyətə təqdim edib?”

DADP sədri onu da əlavə edib ki, bu gün Dairə Seçki Komissiyasına gedəcək və məsələnin orada araşdıracaq: “Əlisahib Hüseynov müvafiq qanunları pozduğundan onun namizədliyi ləğv olunmalıdır”.

avrasiya.net












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.