"Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb ki, spiker Qalust Saakyanla Livan parlamentinin sədri Nabih Berrinin görüşü zamanı livanlı rəsmi erməni həmkarını əmin edib ki, Livan Qarabağ problemi məsələsində Ermənistanı dəstəkləyir."
Avropa.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin rəsmi saytında məlumat yayılıb.
Rusiyanın "Qolos İslam.ru" saytının yazdığına görə isə, diplomatik qalmaqal və Azərbaycan tərəfinin reaksiyasına baxmayaraq, Livan parlamenti xəbəri təkzib etməyib.
Xəbərdə bildirilir ki, Azərbaycan tərəfini qəzəbləndirən məsələ bəyanatın Livan konstitusiyasına uyğun olaraq xristian olan prezident deyil, şiə icmasını təmsil edən parlament spikeri tərəfindən verilməsi olub. Nabih Berri 1980-ci ildən bəri ölkədə iki ən güclü şiə hərəkatından biri olan “Amal”ın sədridir.
Məlumatda bildirilir ki, Livan parlamenti sədrinin bu mövqeyi təccüblü qarşılanmamalıdı. Sayt Livanla eyni səngərdə olan İranın Qarabağ müharibəsi zamanı və sonrakı dövrlərdə Ermənistana göstərdiyi yardımları xatırladır.
"Livanın bu mövqeyi cətin ki, azərbaycanlılar üçün sürpriz ola. Sirr deyil ki, Qarabağ müharibəsi dövründə, elə bütün bu illərdə Ermənistanı açıq şəkildə dəstəkləyən Livanın yaxın dostu İran olub. Digər tərəfdən, antitürk ruhunda olan bu dəstək qədim fars-erməni münasibətlərinin dərin kökləri ilə bağlıdır."